
Bu gün
174
Texniki Dəstək üzrə Mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Texniki Dəstək üzrə Mütəxəssis
vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
· SQL üzrə yaxşı səviyyədə biliklər
· Oracle Database ilə işləmək bacarığı
· PL/SQL üzrə biliklər və mövcud kodu oxuyub təhlil etmək bacarığı
· Məlumat bazasındakı cədvəllərin strukturunu və əlaqələrini araşdırmaq, məlumatların məntiqini anlamaq bacarığı
· Sorğular vasitəsilə məlumatları yoxlamaq, müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı
· PL/SQL paketləri, prosedurları və funksiyaları ilə işləmək və onların iş prinsipini anlamaq bacarığı
· Servislərdə yaranan xətaları loglar və texniki alətlər vasitəsilə araşdırmaq bacarığı
· Texniki problemləri analitik yanaşma ilə araşdırmaq və səbəb-nəticə əlaqəsini müəyyən etmək bacarığı
· Problemləri sistemli şəkildə araşdırmaq, nəticələri sənədləşdirmək və düzgün eskalasiya etmək bacarığı
· Komanda ilə işləmək, aydın kommunikasiya qurmaq və məsuliyyətli yanaşma nümayiş etdirmək
· Oracle SQL Developer, PL/SQL Developer və ya oxşar alətlərlə iş təcrübəsi
· API və servis məntiqi haqqında ilkin biliklər
· Log analiz alətləri və texniki monitorinq vasitələri ilə iş təcrübəsi
· IT support, application support və ya production support sahəsində təcrübə
· Sahə üzrə minimum 6 ay iş təcrübəsi
Texniki Dəstək üzrə Mütəxəssis nə iş görür?
· Daxil olan texniki sorğuların və problemlərin araşdırılması, səbəblərinin müəyyən edilməsi və mümkün hallarda həllinin təmin edilməsi
· Məlumat bazasına qoşularaq SQL sorğuları vasitəsilə məlumatların yoxlanılması və təhlil edilməsi
· Məlumat bazasındakı cədvəllərin strukturunun araşdırılması, təyinatının müəyyən edilməsi və cədvəllər arasındakı əlaqələrin başa düşülməsi
· PL/SQL paketlərinin, prosedurlarının və funksiyalarının kod səviyyəsində təhlil edilməsi
· Servislərdə yaranan xətaların mövcud texniki alətlər, loglar və digər diaqnostika vasitələri ilə araşdırılması
· Problemlərin kök səbəbinin müəyyənləşdirilməsi və mümkün həll yollarının təklif edilməsi
· Müstəqil şəkildə həll edilə bilməyən və ya əlavə müdaxilə tələb edən problemlərin aidiyyəti üzrə texniki komandalara və məsul şəxslərə yönləndirilməsi
· Araşdırılmış problemlər, görülmüş işlər və həll yolları barədə qeydlərin aparılması
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Texniki Dəstək üzrə Mütəxəssis ” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son tarix
December 2, 2026
Paylaşılıb
noyabr 2, 2026
Vakansiya növü
Tam ştat

Ferrum Kapital ● Bakı, Azərbaycan
08-10-2026
2.4K

Qalan AZ ● Bakı, Azərbaycan
23-10-2026
2.3K

2GİS ● Bakı, Azərbaycan
28-10-2026
622

AzInTelecom MMC ● Bakı, Azərbaycan
Bu gün
88