FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Kredit Məhsulları üzrə Menecer

Kredit Məhsulları üzrə Menecer

18-12-2024

1.3K

Bağlanılıb

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Kredit Məhsulları üzrə Menecer vəzifəsini elan edir.





Əsas vəzifələrə aşağıdakı sahələr daxildir, lakin digər öhdəliklər də təyin edilə bilər:


  • Kredit məhsullarının inkişaf prosesinə rəhbərlik edərək, müştəri tələbləri və bazar trendləri ilə uyğunluğunu təmin etmək;
  • Satış, müştəri xidməti və əməliyyat komandaları ilə əməkdaşlıq edərək, kredit məhsulunu müştərilərə təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Müştəri rəylərini və bazar məlumatlarını analiz edərək, yeni kredit məhsulu ideyalarını və çeşidlərini yaratmaq;
  • Kredit məhsulunun ilkin konsepsiyasının hazırlanmasından başlayaraq onun tam tətbiq edilməsinə qədər bütün proseslərə nəzarət etmək;
  • Kredit məhsulunun qəbul edilə bilən risk səviyyəsinə uyğunluğunu təmin etmək üçün kredit risk funksiyası ilə yaxından işləmək;
  • Kredit məhsul satışlarını artırmaq üçün strategiyalar hazırlamaq, o cümlədən reklam kampaniyaları üçün təkliflər vermək;
  • Layihənin maraqlı tərəflərini idarə edərək, məhsul yeniləmələri və təkmilləşdirmələrini vaxtında həyata keçirmək;
  • Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini analiz etmək, uyğun kredit məhsul çeşidini müəyyənləşdirmək;
  • Kredit satışını həyata keçirən işçilərin mövcud və yeni məhsullar haqqında məlumatlı olmalarını təmin etmək üçün müvafiq təlimlər keçmək.

Tələblər

Təhsil və Təcrübə :


  • Biznes, Maliyyə, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr dərəcəsi;
  • Maliyyə xidmətləri sahəsində kredit məhsullarının satışı, kredit vermə, müştəri xidmətləri sahələrində 3-5 il təcrübə;
  • Kredit məhsulları ilə bağlı təşəbbüsləri idarə etmə təcrübəsi;
  • Kredit məhsulları, siyasətləri və prosedurları haqqında anlayış.



Dil bilikləri:


Azərbaycan dilini mükəmməl, ingilis dilini yüksək səviyyədə bilməsi tələb olunur.

Vakansiya haqqında

Son tarix

dekabr 24, 2024

Paylaşılıb

dekabr 18, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • push30