FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Maliyyə Riskləri üzrə İşçi

Maliyyə Riskləri üzrə İşçi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

08-05-2024

765

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Maliyyə Riskləri üzrə İşçi vəzifəsini elan edir.


İCMAL

 

Maliyyə Riskləri üzrə İşçi yüksək analitik və təhlil yönümlü bir vəzifədir və FINCA Azərbaycanda kredit, bazar və likvidlik riskinə məruz qalmanın idarə edilməsində və sağlam kreditləşmə təcrübələrinin təmin edilməsində mühüm rol oynayır. O, güclü maliyyə risklərinin idarə edilməsi çərçivələrini həyata keçirmək və risk qərarlarını optimallaşdırmaq üçün çarpaz funksional komandalarla əməkdaşlıq edəcək və potensial maliyyə risklərinin müəyyən edilməsi və idarə olunması, müvafiq siyasət və prosedurların işlənib hazırlanması və bu siyasətlərə uyğunluğun təmin edilməsi üçün məsuliyyət daşıyacaq. Maliyyə Riskləri üzrə İşçi həmçinin kredit riskinin əsas amillərini və yaranan tendensiyaları müəyyən etmək üçün müştəri və kredit portfeli məlumatlarının təhlilinə cavabdeh olacaq. O, həmçinin maliyyə risklərinin müəyyənləşdirilməsini, qiymətləndirilməsini və ölçülməsini təmin etmək üçün qanunvericilik və bazar riski ilə bağlı məsələlərdən xəbərdar olmalıdır. Bu vəzifə maliyyə məlumatlarının təhlili və risklərin qiymətləndirilməsi üsulları haqqında güclü anlayış tələb edir.


Əsas öhdəliklər:

 

  • Sağlam kreditləşdirmə və yığım təcrübələrini təmin etmək və kredit itkilərini minimuma endirmək üçün kredit riski strategiyalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Trendləri və potensial kredit risklərini müəyyən etmək üçün müştəri, biznes və portfel məlumatlarının təhlili;
  • Dəqiqliyi, effektivliyi və normativ tələblərə və sahənin qabaqcıl təcrübələrinə uyğunluğu təmin etmək üçün kredit riski modellərinin və metodologiyalarının qiymətləndirilməsi;
  • Kredit riskinə məruz qalmaların və portfelin keyfiyyətinin və strukturunun monitorinqi və müəyyən edilmiş risklərin aradan qaldırılması üçün risklərin azaldılması strategiyalarının hazırlanması;
  • Kredit riskinin idarə edilməsi təşəbbüslərini həyata keçirmək və kredit riski qərarlarını optimallaşdırmaq üçün daxili maraqlı tərəflərlə, o cümlədən satış, anderraytinq və yığım komandaları ilə əməkdaşlıq etmək;
  • Məhsul şərtləri, kredit siyasətləri, anderraytinq meyarları və portfelin idarə edilməsi strategiyaları ilə bağlı tövsiyələr daxil olmaqla, yüksək rəhbərliyə kredit riski üzrə məsləhətlərin verilməsi;
  • Risklərə nəzarəti və effektivliyi artırmaq üçün maliyyə risklərinin idarə edilməsi alətlərinin və analitikanın, o cümlədən vintaj, miqrasiya və s. təhlillərin işlənib hazırlanması və tətbiqinə töhfə vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
  • Stress-test çərçivəsinin hazırlanmasında iştirak və stress-testlərin keçirilməsi;
  • Strateji və əhəmiyyətli üçüncü tərəflərin maliyyə qiymətləndirilməsi;
  • Əsas Maliyyə Riski Göstəricilərinin və Ölkə Riskinin Erkən Xəbərdarlıq Göstəricilərinin hesablanması və aylıq əsasda hesabat verilməsi.



Tələblər

Təhsil və təcrübə:


  • İqtisadiyyat, Biznes, Maliyyə, İdarəetmə və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük verilir).
  • Kredit təşkilatlarında Maliyyə Risklərinin idarə edilməsi (kredit risklərində təcrübəsi olanlara üstünlük verilir) və ya digər əlaqəli vəzifədə ən azı 2 il iş təcrübəsi.
  •  Kredit riski prinsipləri, metodologiyaları və tənzimləyici tələblər haqqında güclü anlayış.
  • Maliyyə hesabatları və maliyyə riski konsepsiyaları üzrə güclü biliklər.
  • CERM, FRM və ya digər maliyyə risklərinin idarə edilməsi sertifikatları olan namizədlərə üstünlük verilir.



Dil bilikləri:


  • Azərbaycan dili – səlis
  • İngilis dili - yaxşı

 

Bacarıqlar:


  • Güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Çarpaz funksional komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.
  • Diqqətli və müstəqil işləməyi bacaran.
  • Güclü analitik və problem həll etmə bacarığı.


Kompüter bilikləri:

                                       

  • Peşəkar MS Excel biliyi (digər analitik və məlumatların vizuallaşdırılması alətləri üzrə biliklərin olması üstünlükdür)


Vakansiya haqqında

Son tarix

may 21, 2024

Paylaşılıb

may 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • push30
  • Peşəkar beynəlxalq iş mühiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar