FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Müştəri xidmətləri təmsilçisi (Əlaqə mərkəzi)

Müştəri xidmətləri təmsilçisi (Əlaqə mərkəzi)

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

15-05-2025

705

Təsvir

  • FINCA məhsul qayda və şərtlərinə uyğun olaraq kredit müraciətlərinin çeşidlənməsi və kateqoriyalara bölünməsi: Növbəti satışlar və proseslərin paylanmasına zəmanət verilməsi üçün uyğun müraciətin Kredit Satışları Bürosuna göndərilməsi, ətraflı rəyi ərizəçiyə təqdim etməklə kredit müraciətindən imtina edilməsi;
  • Kredit müraciətinə hər hansı düzəlişlərin tələb edilməsi barədə (telefon və WhatsApp vasitəsilə) müştərilərə xəbər vermək və tələb olunmuş qaydada telefon və ya WhatsApp vasitəsilə müştərilərə dəstək göstərilməsi;
  • FINCA, kredit prosesi və kredit şərtləri barədə müştəriyə ilkin məlumatları vermək;
  • Kredit yoxlanışı prosesinin keyfiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə Satış komandası ilə əməkdaşlıq etmək və müxtəlif təcrübələrdə iştirak etmək;
  • Ehtiyac olarsa hesabatdan və ya sistem vasitəsilə müştərinin cari kredit və iş yeri ilə tanış olmaq;
  • Ərizəçilərə düzəlişlərlə birlikdə müraciətlərini yenidən təqdim etmələri və ya zənglərin xüsusiləşdirilməsi üzrə təyin olunmuş qaydalar əsasında tələb olunan sənədləri təqdim etmələrini xatırlatmaq;
  • Kredit vermə ilə bağlı nəzarətçi tərəfindən həvalə olunmuş digər tapşırıqları yerinə yetirmək.


Tələblər

Təhsil və Təcrübə:

  • Maliyyə, İqtisadiyyat və digər müvafiq sahələr üzrə Bakalavr dərəcəsinin olmasına üstünlük verilir;
  • Azərbaycan dilində səlis şifahi və yazılı bacarıqlar;
  • Azərbaycan dilindən peşəkar, yığcam və səlis qaydada istifadə edərək çat vasitəsilə müştərilərə diqqət ayıra bilmək;
  • Kredit, müştəri xidmətləri və ya əlaqəli sahələrdə 6 aydan çox iş təcrübəsi;
  • Kreditvermə prosesləri və prosedurları barədə əsas məlumatlar;
  • Microsoft Office proqramları daxil olmaqla, kompüter biliyi və bacarıqları.


Vakansiya haqqında

Son tarix

June 4, 2025

Paylaşılıb

may 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə