Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək;
İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata keçirmək;
Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni icra etmək;
İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək;
İnsan resursları üzrə cari və perspektiv planların, hesabatlarınhazırlanmasında iştirak etmək;
Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək;
Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank proseslərinin icrasını təmin etmək;
ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək.
Tələblər
Ali təhsil;
İnsan resursları sahəsində 1 illik iş stajı;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;