Şirkətimiz ERP sistemlərinin inkişafı, optimallaşdırılması və texniki dəstəyini təmin edəcək 1C Developer axtarır. Namizəd 1C platformasında yeni funksionallıqların hazırlanması, mövcud modulların təkmilləşdirilməsi və sistem inteqrasiyalarının icrasında iştirak edəcək.
Vəzifə öhdəlikləri
- 1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi;
- Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması;
- 1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması;
- ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;
- Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması;
- ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət;
- İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi;
- Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak.