Facility Management Group

Baş hüquq məsləhətçisi

Bu gün

20

Təsvir

Şirkətimiz fəaliyyətinin hüquqi təminatına və məhkəmə işlərinin effektiv idarə olunmasına rəhbərlik edəcək Baş hüquq məsləhətçisi axtarır. Namizəd hüquqi risklərin idarə olunmasını, mürəkkəb hüquqi məsələlər üzrə rəy verilməsini və məhkəmə proseslərində şirkətin maraqlarının qorunmasını təmin edəcək. O, həmçinin hüquqi sənədlərin ekspertizasına nəzarət edəcək və struktur bölmələrə hüquqi dəstək göstərəcək.


  • Şirkətin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi və hüquqi risklərin idarə olunması;
  • Müqavilələrin, sazişlərin, qərarların, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasına və ekspertizasına nəzarət;
  • Mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Məhkəmələrdə, arbitraj və digər dövlət qurumlarında şirkətin maraqlarının təmsil olunması;
  • Məhkəmə işlərinin idarə olunması, iddia və etiraz ərizələrinin hazırlanması, məhkəmə strategiyasının müəyyən edilməsi;
  • Struktur bölmələrə qanunvericiliyin tətbiqi və hüquqi risklər üzrə məsləhətlərin verilməsi;
  • Daxili normativ sənədlərin, siyasət və prosedurların hazırlanması və təkmilləşdirilməsi;
  • Hüquqi xarakterli müraciətlərin, sorğuların və şikayətlərin araşdırılması;
  • Hüquqi dəyişikliklərin izlənilməsi və şirkətin fəaliyyətinə təsirlərinin qiymətləndirilməsi;
  • Hüquq komandasının fəaliyyətinin koordinasiyası və iş bölgüsünün həyata keçirilməsi.

Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Hüquq və məhkəmə işləri sahəsində minimum 5 il iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, əmək, inzibati, mənzil və daşınmaz əmlak qanunvericiliyi üzrə dərin biliklər;
  • Məhkəmə təmsilçiliyi və məhkəmə işlərinin idarə olunması üzrə geniş təcrübə;
  • Müqavilə hüququ, korporativ hüquq və hüquqi risklərin idarə olunması üzrə biliklər;
  • Hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertiza aparmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;
  • Güclü analitik düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
  • Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarığı;
  • Dövlət qurumları və digər aidiyyəti tərəflərlə peşəkar işgüzar münasibətlər qurmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

June 30, 2026

Paylaşılıb

iyun 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər