Layihələrin ilkin mərhələlərində sahə analizlərinin aparılması, araşdırmaların edilməsi və ilkin dizayn konsepsiyasının formalaşdırılması;
Layihələndirmə məlumatlarının qəbulu və təhlili, layihə ehtiyac və hədəflərinə uyğunluq üzrə rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi;
Layihə sənədlərinin estetik, texniki və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və layihəçilərin bu istiqamətdə yönləndirilməsi;
Layihələndirmə sənədlərinin AR qanunvericiliyinə, şəhərsalma və tikinti normalarına, eləcə də beynəlxalq standartlara uyğun hazırlanmasına nəzarət;
Departament daxili komanda, layihəçi təşkilatlar, məsləhətçilər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq;
Layihələndirmə müddətləri üzrə məsləhətlərin verilməsi, iş qrafikinin layihə həcmlərinə uyğunluğunun yoxlanılması;
Tender mərhələsində texniki dəstəyin göstərilməsi, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması, texniki rəylərin hazırlanması;
Tikinti prosesində sınaq, yoxlama və obyektlərin təhvil-təslim mərhələlərində iştirak;
Zəruri hallarda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyinin verilməsi, təhlillərin aparılması və büdcə/xərc optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanması, təsdiqi və arxivləşdirilməsinin sənədləşdirilmiş məlumatlara nəzarət prosedurlarına uyğun təmin edilməsi.
Tələblər
Memarlıq ixtisası üzrə ali təhsil;
Minimum 5 il müvafiq sahədə iş təcrübəsi (iri layihələr üzrə təcrübə üstünlükdür);
Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları üzrə biliklər;
Beynəlxalq memarlıq və layihələndirmə standartları ilə işləmə bacarığı;
AutoCAD, Revit / ArchiCAD və digər müvafiq proqramlarda işləmək bacarığı;
Analitik düşüncə, detallara diqqət və güclü ünsiyyət bacarıqları;
Azərbaycan dili-sərbəst (rus və ingilis dili biliyi üstünlükdür).
Vakansiya haqqında
Son tarix
January 29, 2026
Paylaşılıb
dekabr 16, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Tikinti və Daşınmaz əmlak
İmtiyazlar
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
Könüllü tibbi sığorta
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı