Şirkətimiz kommersiya, ofis və yaşayış sahələri üzrə icarə proseslərinin effektiv idarə olunmasını təmin edəcək İcarə üzrə mütəxəssis axtarır. Namizəd yeni icarəçilərin cəlb olunmasını və mövcud icarəçilərlə işin koordinasiyasını həyata keçirəcək. O, müştəri müraciətlərinin operativ həllini təmin edəcək, aidiyyəti şöbələrlə əməkdaşlıq edəcək və debitor borcların nəzarətdə saxlanılmasına dəstək verəcək.
- Kommersiya, ofis və yaşayış sahələri üzrə yeni icarəçilərin cəlb edilməsinin təmin edilməsi;
- Mövcud icarəçilərlə münasibətlərin davamlı və müsbət istiqamətdə inkişaf etdirilməsi;
- İcarə portfeli üzrə gəlirlərin artırılmasına yönəlmiş təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
- Müştəri bazasının formalaşdırılması və müştəri xidmətinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
- Daxil olan müraciət və şikayətlərin peşəkar şəkildə araşdırılması və müvafiq həll təkliflərinin hazırlanması;
- Debitor borcların mütəmadi izlənilməsi və portfel üzrə borc səviyyəsinin minimum həddə saxlanılmasının təmin edilməsi.