Gələcəyin əmlak ekosistemini bizimlə birlikdə qurun! Əməliyyat proseslərini rəqəmsal innovasiyalarla yenidən formalaşdıracaq, texnologiyanı biznesin hərəkətverici qüvvəsinə çevirəcək İnnovasiya və Rəqəmsal Transformasiya üzrə Aparıcı Mütəxəssis axtarışındayıq!
- Mövcud əməliyyat proseslərinin diaqnostikası, innovasiya və rəqəmsallaşma potensialının müəyyən edilməsi;
- Əmlak xidmətləri ekosisteminin inkişaf etdirilməsi üçün biznes proseslərin optimallaşdırılması;
- Şirkətin strateji sütunlarına və inkişaf hədəflərinə uyğun olaraq rəqəmsal transformasiya və innovasiya layihələrinin planlaşdırılması, icrası və nəzarəti;
- Yeni texnologiyaların (ERP, CRM avtomatlaşdırma alətləri, süni intellekt əsaslı həllər və s.) araşdırılması və tətbiqi prosesinin idarə edilməsi;
- Dəyişikliklərin idarə edilməsi prosesinin dəstəklənməsi, yeni tətbiq edilən sistemlər üzrə əməkdaşlar üçün təlimlərin keçirilməsi;
- Proseslərin avtomatlaşdırılması nəticəsində əldə olunan səmərəliliyin ölçülməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Kənar vendorlar, proqram təminatı tərtibatçıları və daxili steykholderlər ilə sıx əməkdaşlıq çərçivəsində texniki tapşırıqların (TOR) hazırlanması.