Facility Management Group
Ana səhifə
/
/
/
İsitmə-soyutma və havalandırma sistemləri üzrə mütəxəssis

İsitmə-soyutma və havalandırma sistemləri üzrə mütəxəssis

Bu gün

6

Təsvir

Şirkətimiz isitmə-soyutma və hava tədarükü sistemlərinin fasiləsiz və təhlükəsiz istismarını təmin edəcək mütəxəssis axtarır. Namizəd avadanlıqların texniki baxışını, təmirini və quraşdırılmasını həyata keçirəcək, nasazlıqların vaxtında aşkarlanaraq aradan qaldırılmasını təmin edəcək və görülən işlər üzrə hesabatlılığı aparacaq.


  • İsitmə-soyutma və hava tədarükü sistemlərinin mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərinin icrası;
  • Mexaniki sistemlərdə potensial risklərin və istismar standartlarından kənarlaşmaların müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • Mövcud avadanlıqların əvəzlənməsi, yeni avadanlıqların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi;
  • Müayinə və sınaq cihazları vasitəsilə sistem göstəricilərinin yoxlanılması və nasazlıqların aşkarlanması;
  • Görülən işlər üzrə qeydiyyatın aparılması və müvafiq hesabatların təqdim edilməsi;
  • Avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin hazırlanması;
  • Əmək təhlükəsizliyi və daxili qaydalara riayət edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə peşə və ya ali təhsil;
  • Müvafiq ixtisas üzrə təlim və ya sertifikatın olması;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Əla fiziki sağlamlıq və yüksəklikdə işləmək bacarığı;
  • Yaşayış və kommersiya obyektlərində isitmə-soyutma və havalandırma sistemləri üzrə standart və tələblər haqqında biliklər;
  • Ölçü və diaqnostika cihazları ilə işləmək bacarığı;
  • Fövqəladə və qəza hallarında operativ və səriştəli hərəkət etmək bacarığı;
  • Əmək təhlükəsizliyi qaydalarına ciddi riayət etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri

İmtiyazlar

  • "Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Könüllü tibbi sığorta