Facility Management Group
Ana səhifə
/
/
/
Komplayens üzrə baş mütəxəssis

Komplayens üzrə baş mütəxəssis

Dünən

108

Təsvir

  • Komplayns (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
  • Komplayns prosedur və metodologiyalarının hazırlanması və tətbiqi;
  • Biznes və inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrinin hazırlanması;
  • Qanunvericiliyə və tənzimləyici sənədlərə uyğunluğun təmin olunması məqsədilə nəzarət fəaliyyəti və hesabatların hazırlanması;
  • Uyğunluq pozuntuları üzrə effektiv tədbirlər planının hazırlanması və icrasına nəzarət;
  • ISO 41001: Facility Management standartı üzrə əməliyyat və idarəetmə sistemlərinin təhlili, tövsiyələrin hazırlanması və tətbiqi;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması və nəzarət;
  • Təşkilat sənədlərinin və proseslərinin monitorinqi və təkmilləşdirilməyə ehtiyacı olan sahələrin müəyyən edilməsi;
  • Komplayns fəaliyyəti üzrə aylıq, rüblük, yarımillik və illik planların hazırlanması;
  • ISO 41001 sertifikatının saxlanılması üçün auditlərə hazırlıq, yoxlayıcı orqanlarla əlaqə və icra prosesinə nəzarət;
  • Şirkət daxilində komplayns mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə təkliflərin hazırlanması;
  • Əməkdaşların komplayns mövzusunda maarifləndirilməsi və təlimlərin keçirilməsi;
  • Əməkdaşların uyğunluqla bağlı suallarının cavablandırılması və problemlərin həlli;
  • İstifadədə olan proqram təminatlarının uyğun şəkildə işlədilməsinə nəzarət;
  • Struktur bölmələr arası koordinasiya və proseslərin təhlili;
  • Hüquq və Komplayns şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
  • Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
  • ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
  • Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

Vakansiya haqqında

Son tarix

September 10, 2025

Paylaşılıb

avqust 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq