Facility Management Group
Ana səhifə
/
/
/
Layihələrdə texniki dəstək üzrə mütəxəssis

Layihələrdə texniki dəstək üzrə mütəxəssis

Bu gün

206

Təsvir

Təsvir:

Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin layihələr üzrə texniki sənədləşmə və sənəd dövriyyəsi proseslərini müstəqil idarə edəcək, sifarişlərin və sənədlərin düzgün, vaxtında icrasını təmin edəcək Layihələrdə texniki dəstək üzrə mütəxəssis axtarırıq.


Bu rol sifariş sənədlərinin hazırlanmasına və Aconex sisteminə yüklənilməsinə, elektron arxivin idarə edilməsinə, sənədlərin son versiyalarının müvafiq tərəflərə çatdırılmasına və layihələr üzrə müntəzəm LOG ilə həftəlik hesabatların hazırlanmasına cavabdeh olacaq.


Bu vəzifədə uğur qazanmaq üçün sənəd dövriyyəsi və texniki dəstək prosedurlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.


Əsas öhdəliklər:


Sifariş və sənəd dövriyyəsinin idarə olunması

  • Şirkətin fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq sifariş sənədlərinin hazırlanmasını, Aconex sisteminə düzgün yüklənilməsini və icra prosesini nəzarətdə saxlamaq.
  • Əməliyyatların texniki məqsədlər üçün düzgün təsnifləşdirilməsini və müvafiq sənədlərlə əsaslandırılmasını təmin etmək.
  • Sifarişlərin prosesdə olan nəticələri, eləcə də layihələr üzrə LOG hesabatlarını və həftəlik hesabatları hazırlamaq və aidiyyəti üzrə paylaşmaq.
  • Sənədlərin son versiyasının toplanması, saxlanılması və izlənilə bilməsini sistemli şəkildə təmin etmək.


Arxiv və məlumat bazasının idarə edilməsi

  • Şirkətin sistem arxivində sənədlərin saxlanması, qorunması, idarə olunması və sonrakı proseslərə nəzarət etmək.
  • İdarə olunan sənədlərin elektron arxivdə nəzarətini təmin etmək və köhnəlmiş sənədlərin dövriyyədən çıxarılmasına nəzarət etmək.
  • Sənədlərin qısa zamanda bərpasını təmin etmək üçün bütün sistemləşdirilmiş sənədlərin kompüter məlumat bazasının mövcudluğunu qorumaq.
  • Sənədlərin ən son versiyasının təhlilini aparmaq və bütün müvafiq istifadəçilərə vaxtında çatdırılmasını təmin etmək.


Proseslərin təhlili və daxili nəzarət

  • Sənədləşdirmə prosesini təhlil etmək, o cümlədən uyğunluq (compliance) və nəzarətin təmin olunmasını həyata keçirmək.
  • Şirkətin daxili proseslərinə uyğun olaraq Sifariş sənəd dövriyyəsi ilə bağlı müəyyən olunmuş qayda və prosedurlara dəqiq riayət etmək.
  • Əməliyyatların texniki aspektləri üzrə müvafiq struktur bölmələrinə dəstək vermək və məlumatlandırmaq.
  • Sənəd dövriyyəsi proseslərində səhv riskinin azaldılması və səmərəliliyin artırılması üçün təkmilləşdirmələr təklif etmək.


Tələblər

  • İnşaat, mühəndislik, biznesin idarə edilməsi, texniki və ya digər müvafiq ixtisas üzrə ali təhsil.
  • Müvafiq sahə (sənəd dövriyyəsi / texniki dəstək / layihələrin idarə olunması) üzrə minimum 2 il iş stajı.
  • MS Office proqramlarını yaxşı, 1C proqramını orta səviyyədə bilmək; Aconex sistemi ilə işləmək bacarığı və AutoCAD proqramı üzrə biliklər (arzuolunandır).
  • Yaxşı səviyyədə təşkilatçılıq, problemi həll etmək, qərarvermə və effektiv ünsiyyət bacarıqları.
  • Layihə sənəd dövriyyəsi standartları, elektron arxivləşdirmə və daxili nəzarət prosedurları üzrə praktiki təcrübə.
  • Sənəd dövriyyəsi və texniki dəstək proseslərini başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı.


Qeyd: Vakansiya müvəqqəti olaraq analıq məzuniyyətində olan əməkdaşın yerinə nəzərdə tutulub.

Vakansiya haqqında

Son tarix

December 4, 2026

Paylaşılıb

noyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
  • Rəqabətli əməkhaqqı və bonus
  • Geniş təminatlı tibbi sığorta
  • Korporativ loyallıq proqramına üzvlük