Təsvir

·      İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması;

·      Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;

·      Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;

·      Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası;

·      Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası;

·      Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi;

·      Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;

·      İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;

·      Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;

·      İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

Tələblər

·      Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;

·      Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;

·      Müvafiq sahə üzrə (mexanik) minimum 2 il təsdiqli iş təcrübəsi;

·      Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;

·      Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər;

·      Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;

·      Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Vakansiya haqqında

Son tarix

October 7, 2025

Paylaşılıb

avqust 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Tikinti və Daşınmaz əmlak