Facility Management Group

Planlama üzrə mühəndis

Bu gün

1

Təsvir

·       Layihələr üzrə master iş qrafiklərinin layihə rəhbəri ilə müzakirə edilərək hazırlanması;

·       Master iş qrafiki əsasında tender qrafiklərinin tərtib olunması;

·       Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla iclas təşkil edilərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;

·       Podratçılarla hesabat formalarının hazırlanma qaydalarını izah və müzakirə etmək;

·       Podratçılar tərəfindən təmin edilən işçi qüvvəsinə həftəlik olaraq nəzarət etmək və hesabat hazırlayaraq layihə rəhbəri və komandası ilə müzakirə etmək;

·       Podratçılar tərəfindən göndərilən məlumat və ya hesabatların doğruluğunu sahə komandası ilə yoxlamaq, yanlış məlumat olduğu təqdirdə podratçının düzgün hesabat göndərməsini tələb və təmin etmək;

·       Podratçılarla sahə iclaslarında iştirak etmək;

·       Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;

·       Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;

·       Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;

·       Həftəlik hesabatları layihə rəhbəri və komandası ilə müzakirə etmək;

·       Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;

·       Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;

·       Sahə səfərləri hesabatlarının hazırlanması;

·       Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;

·       Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;

·       Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;

·       Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi.

·       Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;

·       Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI məlumatların hazırlanması.

Tələblər

·       Öz təşəbbüslərindən istifadə etmək bacarığı;

·       İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;

·       Güclü ünsiyyət bacarıqları;

·       Stresə qarşı davamlılıq;

·       Məsuliyyətli, intizamlı olmaq;

·       Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi.

Vakansiya haqqında

Son tarix

dekabr 31, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak