Facility Management Group
Ana səhifə
/
/
/
Rəqəmsal Marketinq üzrə mütəxəssis

Rəqəmsal Marketinq üzrə mütəxəssis

Bu gün

32

Təsvir

Şirkətimiz rəqəmsal marketinq fəaliyyətlərinin planlaşdırılması və effektiv idarə olunmasını təmin edəcək Rəqəmsal Marketinq Mütəxəssisi axtarır. Namizəd rəqəmsal kanallar üzrə strategiyaların icrasını koordinasiya edəcək, kampaniyaların nəticələrini analiz edərək optimallaşdırılmasına dəstək olacaq. O, həmçinin rəqəmsal layihələrin inkişafına töhfə verəcək və biznes məqsədlərinə uyğun həllərin tətbiqində iştirak edəcək.


  • Rəqəmsal marketinq strategiyalarının (SMM, SEO, SEM, Email Marketing və s.) hazırlanması və icrasında iştirak;
  • Meta, Google, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının idarə olunması və optimallaşdırılması;
  • Kampaniyaların effektivliyinin artırılması üçün A/B testlər və avtomatlaşdırma alətlərindən istifadə;
  • Şirkətin veb saytları və sosial media hesablarının idarə olunmasına nəzarət;
  • GA4, Looker Studio və digər alətlər vasitəsilə analitik hesabatların hazırlanması və təkliflərin verilməsi;
  • Bazar və rəqib analizlərinin aparılması, yeni rəqəmsal həllərin təklif edilməsi;
  • Agentliklər və tərəfdaşlarla işin koordinasiyası, briflərin hazırlanması;
  • ERP/CRM sistemlərində məlumatların düzgün qeydiyyatının aparılması.

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Meta Ads, Google Ads, TikTok Ads, SEO və Email Marketing üzrə dərin bilik və praktiki təcrübə;
  • Google Analytics 4 və Looker Studio ilə işləmə bacarığı;
  • Rəqəmsal layihələrin idarə olunması və büdcəyə nəzarət təcrübəsi;
  • İngilis dili üzrə yaxşı səviyyədə biliklər;
  • MS Office (xüsusilə Excel), Google Workspace və CRM sistemləri ilə işləmə bacarığı;
  • Güclü analitik düşüncə və nəticəyönümlülük;
  • Yüksək təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

May 8, 2026

Paylaşılıb

aprel 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər

Oxşar vakansiyalar