Şirkətimiz zəif axın sistemlərinin quraşdırılması və texniki xidmətini həyata keçirəcək texnik axtarır. Namizəd CCTV, şəbəkə, fiber optik və digər zəif axın sistemlərinin quraşdırılması, yoxlanılması və nasazlıqların aradan qaldırılmasında iştirak edəcək. İşlərin təhlükəsizlik və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin edəcək.
- Zəif axın və aşağı gərginlikli sistemlərin quraşdırılması, çəkilişi və bərpasını həyata keçirmək;
- CCTV sistemlərinin quraşdırılması, müayinəsi və texniki sazlığının yoxlanılmasını həyata keçirmək;
- Səs anons sistemlərinin quraşdırılması, müayinəsi və texniki sazlığının yoxlanılmasını həyata keçirmək;
- Şlaqbaum sistemlərinin quraşdırılması, müayinəsi və texniki sazlığının yoxlanılmasını həyata keçirmək;
- ACCESS CONTROL sistemlərinin quraşdırılması, müayinəsi və texniki sazlığının yoxlanılmasını həyata keçirmək;
- Sistem xətlərinin yoxlanılması və test edilməsini həyata keçirmək;
- Rack kabinetlərin və server otaqlarının standartlara uyğun quraşdırılmasında iştirak etmək;
- Kabel xətlərinin başlıqlarının vurulması və işləkliyinin yoxlanılmasını həyata keçirmək;
- CCTV kameralar, siqnalizasiya, monitorlar və digər əlaqəli avadanlıqların quraşdırılmasını həyata keçirmək;
- CAT5e/CAT6, IP video sistemləri və fiber optik xətlər üzrə nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Sistem və avadanlıqlarda yaranan texniki və proqram təminatı problemlərinin həllində iştirak etmək;
- Görülən işlərin texniki tələblərə və təhlükəsizlik qaydalarına uyğun icrasını təmin etmək.