Grand-Agro MMC
Ana səhifə
/
/
/
Anbarların İdarəedilməsi üzrə menecer

Anbarların İdarəedilməsi üzrə menecer

Bu gün

21

Təsvir

  • Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
  • Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.
  • Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.
  • Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.
  • Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
  • Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.


Tələblər

Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar).

Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.

İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.


Texniki bacarıqlar

  • Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.
  • Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı.
  • Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.
  • 1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.
  • Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.

Vakansiya haqqında

Son tarix

November 25, 2026

Paylaşılıb

oktyabr 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Servislə təmin olunur
  • Təlim dəstəyi