Grand-Agro MMC
Ana səhifə
/
/
/
Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

  • Grand-Agro MMC
  • C58H+725, Türkan şossesi, Baku 1010, Azərbaycan
  • Tam ştat

Dünən

53

Təsvir

  • Müəssisə daxilində qanunvericilik, beynəlxalq standartların və normativ sənədlərin tələblərinə uyğun olaraq müvafiq sənədlərin tərtib edilməsi;
  • Müəssisənin strukturlar üzrə məqsəd və hədəflərinin tərtib olunması və müvafiq tədbirlərin icrasında iştirak etmək;
  • İİS-nə dair məsələlərdə struktur bölmələri ilə qarşılıqlı əlaqənin təşkil edilməsi;
  • Müəssisənin beynəlxalq standartların sertifikasiyaya (re-sertifikasiyaya) hazırlığında iştirak etməək və nəticələrinə görə düzəldici tədbirlərinin işlənilməsində iştirak edilməsi, struktur bölmələr tərəfindən müvafiq tədbirlərin yerinə yetirilməsinin yoxlanılması;
  • Müəssisənin illik audit qrafikinin tərtib edilməsində iştirak etmək;
  • Daxili auditor qismində bölmələrdə standartlar üzrə daxili auditin həyata keçirilməsi;
  • Daxili auditlərin nəticələrinə görə tədbirlər planlarının işlənilməsində və yerinə yetirilməsində iştirak;
  • Daxili auditlərin keçirilməsinə dair illik hesabatın hazırlanması;
  • Müəssisə üzrə uyğunsuzluqların əsas səbəblərinin təhlili prosesində iştirak etmək;
  • Müəssisəyə dair biznes proseslərinin qurulması, monitorinqin aparılması və yenidən qurulmasında iştirak;
  • Müəssisə daxili normativ sənədlərin əslinin saxlanılmasının təşkili və ləğv edilmiş normativ sənədlərin arxivləşdirilməsi;
  • Məhsul tədarük və istehsal proseslərinin icra edilməsində iştirak etmək;
  • Satınalma tələblərində keyfiyyət meyarlarının yoxlanılması;
  • Müştəri məmnuniyyətinin ölçülməsi və şikayətlərin araşdırılması proseslərində iştirak etmək;
  • Tədarükçülərin dəyərləndirilməsi proseslərində iştirak etmək;
  • Müəssisə rəhbərinin əmr və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər

Texniki biliklər:

Ali təhsil mütləqdir.

Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:

ISO 9001:2015 – Quality Management Systems Auditor

Dil bilikləri: Azərbaycan (İngilis dili, Rus dili – arzuolunandır);

Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;


Sertifikatlar:

“ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;

ISO 22000:2018, ISO 14001:2015, ISO 45001:2018, Global Gap, Organic və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;

Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).



Vakansiya haqqında

Son tarix

July 9, 2026

Paylaşılıb

iyun 9, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar