Grand-Agro MMC
Ana səhifə
/
/
/
Keyfiyyət təminatı üzrə mütəxəssis

Keyfiyyət təminatı üzrə mütəxəssis

  • Grand-Agro MMC
  • CW72+62M, Heydər Əliyev prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

31

Təsvir

  1. Cəmiyyətin inteqrasiya edilmiş Menecment sisteminin (QMS, FSMS, EMS, OHSMS) tələblərinin tətbiqi
  2. İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək
  3. İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək
  4. İMS tələblərinə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək
  5. Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək
  6. Təchizatçıların keyffiyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək

Tələblər

Məsuliyyətlər:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
  • Fəaliyyəti ilə bağlı təyin olunmuş hədəflərə nail olmaq;
  • Şirkətdə qüvvədə olan daxili normativ sənədlərin tələblərinə və fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etmək;
  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) ilə bağlı daxili sənədlər və müvafiq qanunvericilik tələblərinə riayət etmək.


Sertifikatlar:

Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:

ISO 9001:2015 – Quality Management Systems Auditor

Dil bilikləri: Azərbaycan (İngilis dili, Rus dili – arzuolunandır);

Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;

Texniki biliklər:

“ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;

ISO 22000:2018, ISO 14001:2015, ISO 45001:2018, Global Gap, Organic və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;

Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).



Vakansiya haqqında

Son tarix

April 29, 2026

Paylaşılıb

mart 4, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

Oxşar vakansiyalar