“Grand-Agro İnvitro” MMC
Ana səhifə
/
/
/
Laboratoriya üzrə ödənişli təcrübə proqramı

Laboratoriya üzrə ödənişli təcrübə proqramı

09-07-2025

596

Təsvir

Şirkət haqqında:

“Grand-Agro İnvitro” MMC Azərbaycanda klonlaşdırma (in vitro) üsulu ilə viruslardan azad, sağlam və yüksək məhsuldarlığa malik bitkilərin çoxaldılması üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkət illik 4 milyon bitki yetişdirmə potensialına malikdir və fəaliyyətini müasir istixana kompleksi vasitəsilə həyata keçirir.

Şirkət meyvəçilik və tingçilik sahəsində yerli və beynəlxalq müəssisələrlə əməkdaşlıq edir və ənənəvi üsullarla çoxaldılması çətin olan, keyfiyyətli bitki materiallarının istehsalı ilə bazarda rəqabət üstünlüyü yaradır.

Bizim əsas məqsədlərimiz:

  • Keyfiyyət, məhsuldarlıq, şəffaflıq və dəqiqliyə əsaslanan xidmət təqdim etmək
  • Xəstəliklərdən azad, davamlı və yüksək məhsuldar tinglər yetişdirməklə aqrar sahəyə töhfə vermək
  • Yerli bazarda lider mövqeyini qoruyaraq, beynəlxalq səviyyəyə yüksəlmək

“Grand-Agro İnvitro” MMC kənd təsərrüfatı və biotexnologiya sahəsində peşəkar insan kapitalının formalaşdırılması məqsədilə laboratoriya sahəsində təcrübə proqramı elan edir. Proqram Biotexnologiya, Bioloqiya, Aqronomiya və əlaqəli ixtisaslar üzrə ali təhsilli namizədlər üçün nəzərdə tutulmuşdur.

Təcrübə proqramının məqsədi gənc mütəxəssislərin nəzəri biliklərini praktika ilə möhkəmləndirmək, onları bitki toxuması üzərində aparılan klonlaşdırma və mikroçoğaltma prosesləri ilə tanış etmək, eləcə də gələcək karyera imkanlarına dəstək göstərməkdir. Proqram çərçivəsində iştirakçılar “Grand-Agro İnvitro” MMC-nin laboratoriyasında tətbiq edilən müasir metod və texnologiyalarla tanış olacaq, real iş şəraitində praktiki bacarıqlar əldə edəcəklər.

Proqram haqqında ümumi məlumat:

Müddət: 20 iyul – 20 sentyabr 2025

Format: Əyani (laboratoriya daxilində)

Son müraciət tarixi: 15 iyul 2025

Seçim mərhələləri:

Yazılı mərhələ: Suallar və praktiki tapşırıqlar

Müsahibə mərhələsi: İnsan Resursları şöbəsi və Laboratoriya mütəxəssisləri tərəfindən keçiriləcəkdir

 

Təcrübə proqramını uğurla başa vuran iştirakçılar şirkətdə işə qəbul üçün müsahibə mərhələsinə dəvət edilə bilərlər.

 


Tələblər

Namizədlərə Tələblər:

Biotexnologiya, Aqronomiya, Biologiya və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistratura)

Diqqətlilik, dəqiqlik və məsuliyyət

Yeni bilik və bacarıqları mənimsəməyə maraq və öyrənməyə həvəs

Praktiki laboratoriya fəaliyyətinə fiziki və psixoloji hazırlıq

Təcrübə müddəti boyunca tam iştirak öhdəliyi

Vakansiya haqqında

Son tarix

August 18, 2025

Paylaşılıb

iyul 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər xidmətlər