Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- Şirkət əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə proqramlarını hazırlamaq, idarə etmək və icra etmək;
- Security Awareness platformasını idarə etmək, istifadəçilərin əlavə edilməsi, təlim modullarının təyin olunması, maarifləndirmə kampaniyalarının təşkili və nəticələrin monitorinqini həyata keçirmək;
- Müxtəlif şöbə və vəzifə qruplarının ehtiyaclarına uyğun onlayn və əyani təlimlər, vebinarlar və təqdimatlar keçirmək;
- Simulyasiya edilmiş fişinq (phishing) və sosial mühəndislik testlərini planlaşdırmaq, həyata keçirmək və əməkdaşların reaksiya göstəricilərini təhlil etmək;
- Təlim və simulyasiya nəticələri əsasında hesabatlar hazırlamaq, yüksək riskli istifadəçi qruplarını müəyyənləşdirmək və müvafiq əlavə maarifləndirmə tədbirləri görmək;
- İnformasiya təhlükəsizliyi üzrə bələdçilər, infoqrafiklər, məlumat bülletenləri və digər maarifləndirici materiallar hazırlamaq;
- Yeni işə qəbul olunan əməkdaşlar üçün informasiya təhlükəsizliyi üzrə ilkin təlimlərin (onboarding) təşkilini təmin etmək;
- Aktual kibertəhlükə və hücum tendensiyalarını, eləcə də şirkətdaxili təhlükəsizlik insidentlərini izləmək və təlim proqramlarını mütəmadi yeniləmək;
- İnformasiya təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi, İT və İnsan Resursları komandaları ilə əməkdaşlıq etmək.