Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
Komandamıza ofisə gələn qonaqların qarşılanması, zənglərin və müraciətlərin yönləndirilməsi, gündəlik inzibati işlərin təşkili və ofisdə yüksək xidmət standartlarının təmin edilməsi istiqamətində ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq bacarıqlarına malik Receptionist (Resepşn) axtarırıq.
- Qonaqları peşəkar və mehriban şəkildə qarşılamaq və istiqamətləndirmək;
- Telefon zənglərini cavablandırmaq, yönləndirmək və mesajları qeyd etmək;
- Gündəlik məktub və kuryer göndərişlərini qəbul etmək və aidiyyəti üzrə çatdırmaq;
- Ziyarətçi qeydiyyatını aparmaq və zərurət olduqda giriş kartlarını təqdim etmək;
- Şirkət və xidmətlər barədə qonaqlara düzgün və dəqiq məlumat vermək;
- Görüşlərin, iclas otaqlarının və görüş cədvəllərinin idarə olunmasına dəstək vermək;
- İnzibati işlərdə dəstək: sənədlərin çapı, kopyalanması, skan olunması və arxivləşdirilməsi;
- Reception sahəsinin həmişə səliqəli və təqdimata hazır olmasını təmin etmək;
- Şirkətdaxili müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsinə kömək etmək;
- İR və ya inzibati işlərdə dəstək göstərmək (ezamiyyətlərin təşkili, yeni işçilərin qarşılanması və s.).