Şəbəkə təhlükəsizliyinin təşkil edilməsi, idarə olunması və davamlı inkişaf etdirilməsi
Şəbəkə təhlükəsizliyi insidentləri üçün proseslərinin planlaşdırılması, koordinasiyası və idarə olunması
Şəbəkə təhlükəsizlik insidentlərinin təhlili və təhqiqatının aparılması, nəticələr üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Şəbəkə monitorinqi və insidentlərə cavabvermə üzrə istifadə olunan texnologiyaların (Firewall, VPN, IDS/IPS, NAC, SIEM, SOAR, DLP və s.) seçilməsi, tətbiqi və optimallaşdırılmasına dəstək
Şirkətin firewall avadanlıqlarında konfiqurasiya analizi və optimallaşdırılması
Firewall loglarının analizi, təhlükəsizlik insidentlərinin araşdırılması
Şirkətin şəbəkə infrastrukturunun təhlükəsizlii üzrə audit olunması.
Tələblər
Ali təhsil - İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Şəbəkə təhlükəsizliyi və firewall idarəetməsi üzrə minimum 2-3 il iş təcrübəsi;
TCP/IP, şəbəkə protokolları, routing və switching prinsipləri üzrə dərin biliklər;
Firewall log analizi və insident araşdırılması bacarığı;
Şəbəkə trafiki analizində təcrübə;
Beynəlxalq sertifikatlara üstünlük verilir(CCNA-CCNP,CCNA-CCNP Security,Palo Alto,Fortigate kimi vendor sertifikatları və s.);
Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqları;