Guven Technology LLC
Ana səhifə
/
/
/
Sistem Təhlükəsizliyi üzrə Baş mütəxəssis

Sistem Təhlükəsizliyi üzrə Baş mütəxəssis

Dünən

173

Təsvir

  • Sistem təhlükəsizliyi üzrə fəaliyyətlərin planlaşdırılması, idarə olunması və davamlı inkişaf etdirilməsi;
  • İT infrastrukturunun (serverlər, şəbəkələr, əməliyyat sistemləri və bulud mühitləri) təhlükəsizliyinin təmin olunması və zəifliklərin aradan qaldırılması;
  • Server və sistem resurslarının mütəmadi auditi, konfiqurasiya və giriş nəzarətinin yoxlanılması;
  • Zəifliklərin idarə olunması (vulnerability management), patch management və sistem monitorinqi proseslərinin təşkili;
  • Giriş idarəetməsi (IAM), çoxmərhələli autentifikasiya (MFA) və hüquqların ayrılması prinsiplərinin tətbiqi;
  • Sistem və tətbiq səviyyəsində təhlükəsizlik hadisələrinin təhlili, təhdidlərin aşkarlanması və cavab tədbirlərinin görülməsi;
  • Yeni texnologiyalar və sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsi və inteqrasiya prosesinə dəstək;
  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara (ISO 27001, NIST, CIS Controls və s.) uyğunluğun təmin edilməsi;
  • Sistem təhlükəsizliyi üzrə daxili və xarici auditlərdə iştirak və müvafiq hesabatların hazırlanması.


Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, kibertəhlükəsizlik və ya müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Sistem təhlükəsizliyi, İT infrastruktur təhlükəsizliyi və informasiya təhlükəsizliyi üzrə ən azı 3-5 il təcrübə;
  • Windows, Linux və digər əməliyyat sistemlərinin təhlükəsizlik prinsipləri üzrə dərin biliklər;;
  • Active Directory, GPO, PKI, şifrələmə və identifikasiya mexanizmləri üzrə biliklər;
  • Zəifliklərin idarə olunması və təhlükəsizlik patch-lərinin tətbiqi üzrə praktiki bacarıqlar;
  • SIEM və log idarəetmə sistemləri ilə işləmə bacarığı;
  • Güclü analitik və problem həll etmə bacarıqları, müstəqil və komanda şəklində işləmə qabiliyyəti;
  • Sənədləşdirmə və hesabat hazırlama bacarığı, texniki məlumatı qeyri-texniki auditoriyaya izah etmək bacarığı;
  • Python, PowerShell və ya Bash skriptləri üzrə baza biliklərinin olması üstünlükdür;
  • Müvafiq beynəlxalq sertifikatların (CompTIA Security+, Microsoft SC-200, CEH, CISSP, və s.) olması üstünlük sayılır.


Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

noyabr 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik