Guven Technology LLC
Ana səhifə
/
/
/
Təhlükəsizlik əməliyyatları şöbəsinin rəhbəri

Təhlükəsizlik əməliyyatları şöbəsinin rəhbəri

11-09-2025

345

Təsvir

  • Təhlükəsizlik əməliyyatları üzrə fəaliyyətlərin təşkil edilməsi, idarə olunması və inkişaf etdirilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə proseslərinin planlaşdırılması, koordinasiyası və idarə olunması;
  • İnsidentlərin qarşısının alınması, təsirinin azaldılması və bərpa işlərinin səmərəli həyata keçirilməsi üçün komandanın işinin təşkili;
  • Müştərilər, daxili bölmələr və digər maraqlı tərəflərlə insident cavabvermə prosesində kommunikasiya və hesabatlılığın təmin edilməsi;
  • Təhlükəsizlik əməliyyatlar kontentinin (korrelyasiya və normalizasiya qaydaları, aşkarlama ssenariləri, insidentlərə cavabvermə planları və “playbook”-lar) hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik;
  • Təhlükəsizlik insidentlərinin təhlili və təhqiqatının koordinasiyası, görülmüş işlər üzrə yekun hesabat və rəhbərliyə təqdimatlar hazırlanması;
  • Təhlükəsizlik əməliyyatları komandasının iş yükünün, performansının və peşəkar inkişafının idarə olunması;
  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların (ISO 27001, NIST, MITRE ATT&CK və s.) tətbiqinə nəzarət və uyğunluğun təmin edilməsi;
  • İnsident cavabvermə, monitorinq və aşkarlama üzrə istifadə olunan alətlərin, texnologiyaların və metodologiyaların seçilməsi, tətbiqi və optimallaşdırılmasına rəhbərlik edilməsi.


Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və ya müvafiq sahələr üzrə);
  • Təhlükəsizlik əməliyyatları fəaliyyətlərinin idarə olunması, insident cavabvermə və kiber təhlükəsizlik prosesləri üzrə ən azı 3-5 il iş təcrübəsi;
  • Müasir kiberhücum metodları, təhdidlər, texnologiyalar və müdafiə vasitələri üzrə dərin biliklər;
  • Şəbəkə, ƏS, tətbiqlər, verilənlər bazası və infrastruktur təhlükəsizlik prinsipləri üzrə biliklər;
  • SIEM, SOAR və digər təhlükəsizlik idarəetmə sistemləri ilə iş təcrübəsi;
  • Komanda idarəçiliyi, işlərin planlaşdırılması və prioritetləşdirilməsi üzrə təcrübə;
  • Güclü analitik bacarıqlar və qərarvermə qabiliyyəti;
  • Müştəri və rəhbərlik qarşısında hesabatlılıq və təqdimat bacarıqları;
  • Proqramlaşdırma bilikləri (Python, Powershell, Bash) və kompüter kriminalistikası üzrə anlayışların olması üstünlükdür;
  • Beynəlxalq sertifikatlar (CISSP, CISM, GIAC, CEH, və s.) üstünlük hesab olunur.


Vakansiya haqqında

Son tarix

September 24, 2025

Paylaşılıb

sentyabr 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Elm, Texnologiya və Mühəndislik