HeadStart
Ana səhifə
/
/
/
Beynəlxalq layihələrin idarə edilməsi üzrə mütəxəssis

Beynəlxalq layihələrin idarə edilməsi üzrə mütəxəssis

  • HeadStart
  • 609 Cəfər Cabbarlı küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

42

Təsvir

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq layihələrin planlaşdırılması, koordinasiyası və icrasına dəstək göstərmək;
  • Layihələrin məqsəd, fəaliyyət planı, vaxt qrafiki və nəticə göstəricilərinin hazırlanmasında iştirak etmək;
  • Beynəlxalq tərəfdaşlar, təşkilatlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələrin qurulması və koordinasiyasını həyata keçirmək;
  • Layihə çərçivəsində görüşlərin, tədbirlərin və işçi sessiyaların təşkilində iştirak etmək;
  • Layihələrin icra vəziyyətini mütəmadi monitorinq etmək və hesabatlar hazırlamaq;
  • Layihə sənədlərinin, təqdimatların və digər işgüzar materialların hazırlanmasını təmin etmək;
  • Beynəlxalq təşkilatların, donorların və tərəfdaş qurumların tələblərinə uyğun sənədlərin hazırlanmasında iştirak etmək;
  • Layihə büdcəsinin və resurslarının idarə olunması prosesinə dəstək göstərmək;
  • Layihə üzrə riskləri və mümkün gecikmələri müəyyən etmək və rəhbərliyə məlumat vermək;
  • Beynəlxalq təcrübəni və potensial əməkdaşlıq imkanlarını araşdırmaq;
  • Layihələrin nəticələrinin qiymətləndirilməsi və yekun hesabatların hazırlanmasında iştirak etmək.


Tələblər

Namizədə tələblər:

  • Ali təhsil;
  • Rus və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Layihələrin planlaşdırılması və koordinasiyası üzrə biliklər;
  • Analitik və strateji düşünmə bacarığı;
  • Hesabat və təqdimatların hazırlanması bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı;
  • Müxtəlif mədəniyyətlərdən olan tərəfdaşlarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam iş günü
  • Əmək müqaviləsi: Rəsmi


Vakansiya haqqında

Son tarix

October 21, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Rəhbər

Əmək haqqı

3000 - 3200 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə