HeadStart

Biznes Analitik

  • HeadStart
  • 609 Cəfər Cabbarlı küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

142

Təsvir

Vəzifə haqqında

Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.

Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir.

Əsas vəzifə öhdəlikləri

  • Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;
  • Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;
  • Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
  • Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;
  • Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;
  • Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;
  • Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.


Tələblər

Tələblər

·       Ali təhsil;

·       Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı;

·       MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;

·       Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür;

·       Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;

·       Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;

·       Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;

·       Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi minimum B2.

Təklif edirik

·       Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;

·       Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

·       Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;

·       Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;

·       Maraqlı və inkişafyönümlü layihələrdə iştirak.

Vakansiya haqqında

Son tarix

December 24, 2026

Paylaşılıb

noyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Əmək haqqı

3000 - 3200 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə