Vəzifə haqqında
HeadStart komandası dövlət qurumları, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək Government & International Relations Manager axtarır.
Bu vəzifənin əsas məqsədi təşkilatın dövlət və beynəlxalq əlaqələrini gücləndirmək, yeni əməkdaşlıq imkanlarını müəyyən etmək və təşkilatı yerli və beynəlxalq səviyyədə uğurla təmsil etməkdir.
Əsas vəzifələr
- Dövlət qurumları, nazirliklər, agentliklər və digər rəsmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Beynəlxalq təşkilatlar, donor qurumlar, səfirliklər, xarici universitetlər və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkili və idarə olunması;
- Strateji tərəfdaşlıqların yaradılması və yeni əməkdaşlıq imkanlarının araşdırılması;
- Rəsmi məktubların, memorandumların (MoU), əməkdaşlıq müqavilələrinin və təqdimat materiallarının hazırlanması;
- Təşkilatı dövlət və beynəlxalq səviyyəli görüşlərdə, forumlarda, konfranslarda və tədbirlərdə təmsil etmək;
- Dövlət proqramları, beynəlxalq layihələr, qrant və əməkdaşlıq imkanlarını izləmək və dəyərləndirmək;
- Xarici tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıq prosesini koordinasiya etmək;
- Təşkilatın strateji məqsədlərinə uyğun yeni layihələrin və tərəfdaşlıqların təşəbbüsünü irəli sürmək;
- Rəhbərliyə əməkdaşlıqlar və xarici əlaqələr üzrə mütəmadi hesabatlar təqdim etmək.