HeadStart
Ana səhifə
/
/
/
Satınalma üzrə Mütəxəssis (Procurement Specialist)

Satınalma üzrə Mütəxəssis (Procurement Specialist)

  • HeadStart
  • 609 Cəfər Cabbarlı küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

167

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin bütün mərhələlərinin həyata keçirilməsi (tələb toplama, təkliflərin alınması, müqayisə və seçim)
  • Təchizatçılarla əlaqələrin qurulması, qiymət danışıqlarının aparılması və müqavilələrin hazırlanması
  • Satınalma planının tərtib edilməsi və icrasına nəzarət
  • Malların və xidmətlərin keyfiyyətinə və vaxtında çatdırılmasına nəzarət
  • Bazar araşdırması aparmaq, yeni təchizatçılar və daha sərfəli təkliflər tapmaq
  • Satınalma sənədlərinin düzgün tərtib edilməsi və arxivləşdirilməsi
  • İdxal/ixrac əməliyyatlarında müvafiq sənədləşmənin aparılması
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması


Tələblər

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Logistika və ya əlaqəli sahələr üzrə)
  • Satınalma və ya təchizat sahəsində minimum 2 il iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazı bacarığı
  • Güclü danışıqlar aparmaq və təchizatçı əlaqələrini idarə etmək bacarığı
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Microsoft Office və satınalma proqramlarında işləmə bacarığı
  • Bəy namizədlər üçün hərbi mükəlləfiyyət mütləqdir

Üstünlüklər:

  • Beynəlxalq satınalma və idxal-ixrac əməliyyatları təcrübəsi
  • ERP sistemlərində işləmə bacarığı
  • Sertifikatlar (CIPS, CSCP və s.)


Vakansiya haqqında

Son tarix

September 20, 2025

Paylaşılıb

avqust 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

2000 - 2200 AZN

Kateqoriya

Digər