İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Brend və marketinq kommunikasiyaları departamentinin müdiri

Brend və marketinq kommunikasiyaları departamentinin müdiri

Dünən

12

Təsvir

  • Qurumun brend strategiyasının hazırlanıb, icrasının təmin edilməsi;
  • Marketinq kommunikasiyalarının Agentliyin ümumi biznes məqsədləri ilə uyğunluğunun təmin edilməsi;
  • Reklam, PR və rəqəmsal marketinq fəaliyyətlərinin idarə edilməsi və əlaqəli şöbələrlə koordinasiyanın aparılması;
  • Brendin tanınması və bazardakı mövqeyini gücləndirmək üçün müvafiq tədbirlərin görülməsi;
  • Reklam və kommunikasiya kampaniyalarının hazırlanması və icrasının nəzarətdə saxlanılması;
  • Daxili və xarici marketinq materiallarının (dizayn, kontent, vizual və s.) brend tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
  • Müştəri davranışları və bazar tendensiyalarının analiz edilərək marketinq strategiyasının inkişaf etdirilməsi;
  • Büdcənin effektiv idarə edilməsinin və marketinq xərclərinin optimallaşdırılmasının təmin edilməsi;
  • Agentliklər və tərəfdaşlarla əməkdaşlığın qurulması və idarə edilməsi;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
  • Brend menecment və marketinq kommunikasiyaları sahəsində ən azı 7 il iş stajı;
  • Strateji düşünmə və analiz etmə bacarığı;
  • Effektiv ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
  • Kreativ yanaşma və innovativ həllər tapmaq bacarığı;
  • Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər;
  • Layihə idarəetmə və multitasking bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı.

Vakansiya haqqında

Son tarix

August 5, 2026

Paylaşılıb

iyul 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr