Təsvir

  • Dövlət qurumları tərəfindən təqdim olunan Aİ əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi;
  • Aİ həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi;
  • Aİ layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
  • Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili;
  • Dövlət qurumlarının Aİ əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi;
  • Aİ layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
  • Aİ həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması;
  • Mövcud platformalar və yeni Aİ təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi;
  • Dövlət qurumlarına Aİ həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
  • Aİ sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.

Tələblər

  • Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
  • Aİ/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi;
  • Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə;
  • Python və müvafiq Aİ/ML kitabxanaları ilə işləmə təcrübəsi;
  • Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər;
  • Aİ həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış;
  • Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür;
  • Aİ təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
  • Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
  • Mürəkkəb Aİ həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı;
  • Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
  • Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

April 9, 2026

Paylaşılıb

mart 10, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik