İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Aparıcı layihə meneceri

Bu gün

7

Təsvir

Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur.


  • Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
  • Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə edilməsi;
  • Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin aparılması;
  • Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə olunması;
  • Layihə məqsəd və nəticələrinin təşkilatın strateji prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi;
  • Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi;
  • Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf kommunikasiya mühitinin təmin edilməsi;
  • Komanda motivasiyasının qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin təşviqi.


Tələblər

  • Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
  • Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv idarə olunması üzrə təcrübə;
  • Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyaları üzrə dərin bilik və praktik təcrübə;
  • Maraqlı tərəflərlə effektiv ünsiyyət və qərarvermə bacarığı;
  • Komandaya liderlik və mentorluq bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi;
  • Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş təcrübəsi;
  • İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik;
  • Superset, Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarığı;
  • PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
  • Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab olunur;
  • Məsuliyyətlilik, detallara diqqət və operativlik.

Vakansiya haqqında

Son tarix

September 26, 2026

Paylaşılıb

avqust 27, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə