İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Aparıcı Məhsul Sahibi

Bu gün

19

Təsvir

  • Məhsulun strategiyasının, yol xəritəsinin, vizyonunun və dəyər təklifinin formalaşdırılması, konsepsiyasının hazırlanması, araşdırma mərhələsinin həyata keçirilməsi və MVP meyarlarının müəyyənləşdirilməsi, nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
  • Məhsul üzrə ehtiyacların və maraqlı tərəf tələblərinin müəyyənləşdirilməsi, rüblük hədəflərin müəyyən edilməsi və məhsul strategiyasının təşkilatın ümumi strategiyası və hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi;
  • Məhsulun backlog-unun yaradılması, prioritetləşdirilməsi (dəyər–əmək balansı əsasında), dəqiqləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
  • Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsinin, texniki komandaya dəqiq ötürülməsinin və komandanın hədəflər üzrə fəaliyyətinin koordinasiya edilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
  • Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli və vətəndaş-yönümlü yanaşmanın təmin edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, məhsul qərarlarının məlumat əsasında əsaslandırılmasının təmin edilməsi;
  • Biznes analitik və məhsul dizayn komandaları ilə koordinasiyada davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi;
  • Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi;
  • Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması və zəruri kompromis qərarlarının qəbul edilməsi;
  • Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsinin və koordinasiyasının həyata keçirilməsi;
  • Komandada liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, innovativ və analitik düşüncə tərzinin tətbiq edilməsi, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin formalaşdırılması, empatik və innovasiyanı təşviq edən iş yanaşmasının tətbiq edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə 2-5 il arası peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
  • G2C/G2G/G2B/ məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
  • Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir "web arxitektura" anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
  • Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
  • Komanda ilə şləmə və komandanı idarəetmə bacarığı;
  • Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
  • Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
  • Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
  • Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.


Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik