İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin mütəxəssisi

Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin mütəxəssisi

Dünən

39

Təsvir

  • Əsas maliyyə hesabatlarının hazırlanması üçün tələb edilən məlumatların gündəlik işlənilməsinin təmin edilməsi;
  • Agentliyin mal-material ehtiyatları ilə bağlı hesabatların hazırlanması;
  • Ay ərzində anbardan məxaric edilən mal-materiallarla bağlı aylıq silinmə aktlarının tərtib edilməsi;
  • Anbar qalıqlarının dövrü olaraq yoxlanılması; 
  • Əsas vəsaitlərin uçotunun təşkili və aylıq hesablanmış amortizasiya məbləğinin yoxlanılması; 
  • Nəqliyyat vasitələrinin təmiri, yanacaq sərfiyyatı ilə bağlı uçotun və sənədləşdirmənin aparılması; 
  • İnventarizasiya ilə bağlı işlərin təşkili, hesabatların  hazırlanması və təqdim edilməsi; 
  • Gündəlik daxili aktlar və e-qaimələr əsasında əməliyyatların izlənilməsi və proqram təminatına əməliyyatların daxil edilməsi; 
  • İcrasında olan işlərlə bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün tədbirlərin görülməsi
  • Şöbəyə daxil olan məktubların və sorğuların vaxtında cavablandırılması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlılığı sahəsində minimum 1-3 il iş stajı;
  • ACCA (FA, MA), PMS kimi sertifikatların olması üstünlükdür;
  • 1C və MS Office proqramları, xüsusilə Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Təşəbbüskarlıq, analitik düşünmə və problem həll etmə bacarığı;
  • İngilis və rus dili bilikləri üstünlük hesab olunur.

Vakansiya haqqında

Son tarix

April 5, 2026

Paylaşılıb

mart 6, 2026

Vakansiya növü

Müvəqqəti

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə