Agentliyin fəaliyyəti ilə bağlı məlumatların, press-relizlərin, xəbər mətnlərinin, çıxışların, analitik məqalələrin, arayışların, hesabatların və digər kommunikasiya materiallarının hazırlanması;
Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi, media sorğularının operativ və dolğun cavablandırılmasının təmin edilməsi;
Böhran kommunikasiyası üzrə fəaliyyətlərin planlaşdırılması, müvafiq məlumatlandırma tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak;
Agentliyin tədbirlərinin informasiya təminatının təşkili, media nümayəndələri ilə işin koordinasiyası və tədbirlərin ictimai işıqlandırılmasının təmin edilməsi;
Foto və video materialların hazırlanması prosesinin təşkili və əlaqələndirilməsi;
Sosial media və kütləvi informasiya vasitələrində Agentliyin fəaliyyəti ilə bağlı məlumatların monitorinqinin aparılması, təhlili və müvafiq hesabatların hazırlanması;
Tapşırıqlarına uyğun olaraq arayışların, təqdimat materiallarının və hesabatların hazırlanması;
Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Tələblər
PR, jurnalistika və ya kommunikasiya sahəsində minimum 5 il iş təcrübəsi;
Dövlət qurumları ilə iş təcrübəsinin olması üstünlük hesab olunur;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və redaktə bacarıqları;
İngilis dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
Rus dilində yazılı bacarığı üstünlük hesab olunur;
Microsoft Office proqramlarında (Word, Excel və s.) sərbəst işləmək bacarığı;
Media ilə geniş əlaqələr şəbəkəsinə malik olmaq;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
Komanda ilə işləmə və stress altında effektiv fəaliyyət göstərmə bacarığı;
Böhran vəziyyətlərində düzgün və çevik kommunikasiya bacarığı.
Vakansiya haqqında
Son tarix
July 19, 2026
Paylaşılıb
iyun 19, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr