İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

iOS (SwiftUI) üzrə Developer

Bu gün

23

Təsvir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin mobil platformalar üzərindən ən yüksək texnoloji standartlarla təqdim edilməsi və ekosistemin rəqabətqabiliyyətli həllərlə təmin olunması məqsədilə iOS (SwiftUI) üzrə Developer vakansiyasını elan edir.

 

Vəzifənin əsas hədəfi:

  • Ölkənin rəqmsal transformasiyasına dəyər qatmaq və qabaqcıl texnoloji həllərin istifadəsi;
  • Swift və SwiftUI istifadə edərək iOS tətbiqlərin hazırlanması;
  • Süni intellekt (AI) alətlərinin proqramlaşdırma prosesinə inteqrasiyası;
  • Biznes hədəflərini texnoloji imkanlar ilə birləşdirərək rəqəmsal məhsulların yaradılmasında iştirak etmək;
  • Kodun keyfiyyətinin təmin edilməsi, performans və genişlənmə üçün ən yaxşı təcrübələrə riayət olunması və Süni intelekt (Aİ) alətlərin tətbiqi;
  • Proqram təminatının dayanıqlılığının təmin olunması;
  • Git versiya idarəetmə sistemindən istifadə edərək kod versiyalarının idarə edilməsi;
  • Məhsul sahibləri, İT Biznes analiklər, Dizaynerlər və digər krosfunksional komandalarla əməkdaşlıq edilməsi;
  • Komanda daxilində texnoloji trendlərin müəyyən edilməsini və yeniliklərin aktiv izlənilməsi;

Tələblər

Biznes və ümumi bacarıqlar:

 

  • iOS sahəsində ən azı 1 il.
  • Texniki həllərin biznes hədəflərinə və istifadəçi ehtiyaclarına (UX) necə təsir etdiyini anlamaq və dəyər qatmaq bacarığı.
  • Krosfunksional komandalar (dizayn, product, backend) ilə effektiv ünsiyyət və Agile metodologiyaları ilə çevik inkişaf proseslərinə töhfə.
  • Problemlərin analitik təhlili və biznes üçün optimal həll yollarının hazırlanması.

         

Texniki bacarıqlar:

 

  • Swift dilində peşəkar bilik;
  • SwiftUI və UIKit ilə qabaqcıl səviyyədə işləmə bacarığı.
  • Proqramlaşdırma prosesində Süni İntelekt (AI) alətlərindən (Gemini, Apple Intelegence, Calude Code, GitHub Copilot, Cursor, ChatGPT və s.) effektiv istifadə edərək iş məhsuldarlığını artırmaq bacarığı.
  • Layihədə Süni İntelekt (Aİ) alətlərin daha səmərəli işləməsi üçün Sİ-ə təlimatlar və qaydalar vermə bacarığı və real layihə təcrübəsi;
  • MVVM, VIPER və MVC arxitekturaları ilə dərin bilik və real layihə təcrübəsi.
  • CoreData ilə başlanğıc səviyyədə işləmə bacarığı;
  • GCD və async/await konseptləri üzrə dərin anlayış;
  • RESTful API-lərlə inteqrasiya və işləmə bacarığı.
  • Git alətləri ilə işləmə bacarığı;
  • Dizayn patternləri üzrə bilik;
  • OOP və SOLID prinsipləri əsasında təmiz və optimallaşdırılmış kod yazmaq bacarığı.

 

Üstünlük verilir:

 

  • Combine framework-ü ilə real layihə təcrübəsi.
  • Unit Test və UI Test yazmaq bacarığı.
  • CI/CD proseslərinin tətbiqi və avtomatlaşdırma təcrübəsi.
  • Firebase Cloud, SonarQube, Snyk, Elasctic APM və OpenTelemetry analitika və performans alətləri ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

June 24, 2026

Paylaşılıb

may 26, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik