İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
İqtisadi təhlil şöbəsinin baş mütəxəssisi

İqtisadi təhlil şöbəsinin baş mütəxəssisi

17-04-2025

859

Təsvir

  • Rəqəmsallaşma, innovasiya və qurumun fəaliyyətindən irəli gələn digər istiqamətlər üzrə analitik təhlillərin aparılmasında, beynəlxalq təcrübənin araşdırılmasında, qurumun, digər dövlət qurumlarının, habelə ayrı-ayrı müəssisə və təşkilatların aidiyyəti sahələr üzrə fəaliyyətlərinin iqtisadi perspektivdə qiymətləndirilməsində iştirak edir; 
  • Yüksək keyfiyyətdə rəqəmsallaşma və innovasiya sahələrinə dair iqtisadi-elmi tədqiqatlar aparır, onları təkmil formada vizuallaşdırır və təqdim edir; 
  • Davranış iqtisadiyyatı əsaslı təhlillər aparır və onun əsasında strateji təkliflər verir; 
  • Rəqəmsal layihələrin iqtisadi məhsuldarlığının proqnozlaşdırılması, rəqəmsallaşma vəziyyətinin təhlili və proqnozlaşdırılması üzrə işlər aparır; 
  • Rəqəmsal iqtisadiyyata dair təhlillər aparır, ekonometrik modellər qurur; 
  • Rəqəmsal mühitin bütün istiqamətlər üzrə inkişafı, innovasiya fəaliyyətinin genişləməsi, habelə qurumun digər fəaliyyət istiqamətləri üzrə kəmiyyət və keyfiyyət göstiriciləri üzrə inkişafa gətirib çıxara biləcək təşəbbüslərlə çıxış edir, digər təşəbbüslərin səmərəliliyinin qiymətləndirilməsidə, təşəbbüslərin strateji hədəflərə uyğunluğunun təhlilində inkişaf edir; 
  • Yuxarıda sadalanan sahələr üzrə elmi-analitik təhlillər aparır, empirik metodologiyalardan istifadə etməklə strateji təhlillər hazırlayır; 
  • Rəqəmsallaşma və innovasiya sahəsində strategiya sənədlərinin hazırlanmasında iştirak edir;  
  • Mövcud rəqəmsal dövlət həllərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanmasında iştirak edir;  
  • İnnovasiya sahəsində sahibkarlıq fəaliyyətinin göstərilməsi metodlarının inkişafı və müasir trendlərə uyğunluğu, təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsində iştirak edir; 
  • Vətəndaş cəmiyyətinin rəqəmsal bacarıqlarının inkişafı üzrə strateji təkliflərin hazırlanması fəaliyyətində iştirak edir; 
  • Zəruri hallarda rəqəmsallaşma və innovasiya fəaliyyəti üzrə digər dövlət orqanlarında və özəl müəssisələrdə tətbiq edilən strategiyaların icrasına metodiki köməklik göstərir; 
  • Rəqəmsallaşa və innovasiya fəaliyyəti ilə bağlı quruma daxil olan təkliflərə, layihələrə, onların səmərəliliyi və strateji uyğunluğu baxımından məqsədəuyğunluğu barədə rəy verir; 
  • Görülən layihələrin və aparılan işlərin makro mühitə təsiri ilə bağlı empirik əsaslı araşdırmaların aparılması prosesində iştirak edir;  
  • Rəqəmsallaşma və innovasiya fəaliyyəti üzrə görülən işlərin layihələndirilməsi mərhələsində iştirak edir; 
  • Strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər verir; 
  • vəzifəsi üzrə depatament müdiri və şöbə müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir. 


Tələblər

  • İqtisadiyyat, maliyyə, ekonometrika və digər iqtisadi elmlər sahəsində minimum magistratura təhsil tələbi (Elmi dərəcəyə üstünlük verilir); 
  • Sahə üzrə 2-4 il iş stajı; 
  • B2 səviyyəsində İngilis Dili bilikləri; 
  • R studio, Eviews, STATA, SPSS, Jamovi, Power BI kimi proqram təminatlarında işləmək bacarıqları; 
  • Zaman sıraları analizləri:  R Studio, Eviews kimi proqram təminatları ilə stastionarlıq testləri (struktural qırılmalı testlər daxil olmaqla), kointeqrasiya testləri, səbəblilik testləri, VAR analizləri, xətti və qeyri-xətti proqnozlaşdırma bacarıqları ; 
  • Verilənlər bazası üzrə statistik təhlillər bacarıqları: Anketlərin və qeyri-anket məlumat bazasının SPSS, Jamovi kimi proqram təminatlarında təhlil bacarıqları; 
  • Panel ekonometrikası bacarıqları: STATA proqram təminatında panel məlumatların emalı və təhlili bacarıqları; 
  • Simulyasiya və proqnozlaşdırma bacarıqları: monte carlo və digər simulyasiya bacarıqları; 
  • Böyük verilənlərin emalı, təhlili və vizuallaşdırılması: İri həcmli verilənlər bazasındakı məlumatların emalı, təhlili və vizuallaşdırılması bacarıqları. 

Vakansiya haqqında

Son tarix

May 27, 2025

Paylaşılıb

aprel 17, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Magistr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə