İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Komplayens və monitorinq şöbəsinin mütəxəssisi

Komplayens və monitorinq şöbəsinin mütəxəssisi

Bu gün

196

Təsvir

  • Agentliyin struktur bölmələrinin fəaliyyət istiqamətlərini analiz etmək, məsuliyyət bölgüsünü, təsdiq mərhələlərini və nəzarət mexanizmlərini qiymətləndirmək;
  • Siyasət, prosedur, qayda, əsasnamə və s. daxili normativ sənəd layihələrinin hazırlanmasına dəstək olmaq, təqdim olunan layihələrə komplayens rəyi bildirmək;
  • Agentliyin qüvvədə olan daxili normativ sənədləri üzrə təkliflər hazırlamaq;
  • Təsdiqlənmiş daxili normativ sənədləri vahid reyestrdə qeydiyyata almaq, versiyaları, qüvvəyə minmə tarixlərini və növbəti baxış müddətlərini müəyyən etmək;
  • Şöbənin iş planına uyğun olaraq proses, məhsul və xidmətlər üzrə komplayens qiymətləndirmələrində, kontragent yoxlamalarında (KYC/KYA), maraqların toqquşması, etik davranış və digər proseslər üzrə monitorinqlərdə iştirak etmək, rəy və hesabatlar hazırlamaq.

Tələblər

  • Hüquq, dövlət idarəçiliyi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Daxili normativ sənədlərin hazırlanması, biznes proseslərinin sənədləşdirilməsi, metodologiya, komplayens, daxili nəzarət və ya əlaqəli sahədə azı 1 il iş təcrübəsi;
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi standartı üzrə praktiki biliklərin və təcrübənin olması vacibdir.;
  • Elektron sənəd dövriyyəsi sistemləri ilə iş bacarığı üstünlükdür;
  • Microsoft Office proqramı və əsasən MS Word-də düzəlişlərin izlənməsi və sənəd versiyalarının müqayisəsi üzrə yaxşı səviyyədə bilik; 
  • Kollektivlə işləmə bacarığı;
  • Azərbaycan dili səlis (yazı və danışıq), digər dil bilikləri üstünlükdür.

Vakansiya haqqında

Son tarix

December 23, 2026

Paylaşılıb

noyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə