İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Layihə koordinatoru

Dünən

95

Təsvir

  • Layihələrin sənədləşmə proseslərinin aparılması və aidiyyəti hesabatların hazırlanması;
  • Layihənin uğurla icrası üçün tələb olunan məlumatların toplanması, sistemləşdirilməsi və analiz edilməsi;
  • Görüşlərin təşkili, protokollaşdırılması və qəbul olunan qərarların icrasına nəzarət edilməsi;
  • API inteqrasiyalarının qeydiyyatı, planlaşdırılması və icrasının koordinasiyası;
  • Dövlət və özəl təşkilatların informasiya sistemləri arasında inteqrasiya proseslərinə dəstəyin göstərilməsi, texniki komandalarla uyğunlaşdırılması və izlənməsi;
  • API inteqrasiyaları üzrə statusların, mərhələlərin və asılılıqların izlənməsi, gecikmə və risklərin vaxtında eskalasiyası;
  • Texniki və qeyri-texniki tərəflər arasında körpü rolunun icra edilməsi (biznes – texniki komanda – qurum);
  • API inteqrasiyaları üzrə sadə texniki sənədlərin (checklist, flow, qeydiyyat formaları və s.) hazırlanmasında iştirak;
  • Test, pilot və istismara qəbul (go-live) mərhələlərində koordinasiya və nəzarətin həyata keçirilməsi;
  • İnteqrasiya olunan xidmət və sistemlər üzrə operativ problemlərin izlənməsi, aidiyyəti tərəflərlə birlikdə həllinə dəstəyin göstərilməsi.


Tələblər

  • İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Rəqəmsal / İT layihələrin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi;
  • API-lərlə işləmə bacarığı: REST API prinsipləri, request/response məntiqi, basic JSON strukturlarının oxunması və başa düşülməsi;
  • API inteqrasiyaları üzrə funksional və texniki tələblərin başa düşülməsi, texniki komandalarla effektiv kommunikasiya bacarığı;
  • Dövlət və özəl təşkilatlarla işləmə təcrübəsi, inteqrasiya proseslərinin təşkili, koordinasiyası və izlənməsi bacarığı;
  • Jira, Confluence, ClickUp kimi layihə və tapşırıq idarəetmə alətləri ilə ilkin və ya orta səviyyədə iş təcrübəsi;
  • Elektron sənəd dövriyyəsi, daxili informasiya sistemləri və rəsmi yazışmalarla işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət;
  • İngilis dili – yüksək səviyyə (texniki sənədlərin oxunması və yazışmalar üçün), rus dili – arzuolunandır;
  • Analitik düşüncə, detallara diqqət, prioritetləşdirmə və koordinasiya bacarığı.

Vakansiya haqqında

Son tarix

April 1, 2026

Paylaşılıb

mart 2, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik