İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Məhsulların inkişafına dəstək üzrə əməliyyatçı

Məhsulların inkişafına dəstək üzrə əməliyyatçı

24-04-2024

1.8K

Təsvir


Məhsulların inkişafı departamenti rəqəmsal məhsullara dəstək üzrə əməliyyatçı vəzifəsinə vakansiya elan edir.

Məhsullara dəstək prosesinin səmərəli şəkildə təşkili və idarəedilməsi məqsədilə dinamik və yüksək motivasiyalı əməliyyatçı axtarırıq. Bu vəzifə maraqlı tərəflər, texniki komanda və layihə menecerləri ilə effektiv şəkildə əlaqə saxlamaq üçün güclü ünsiyyət bacarıqları tələb edir. Bundan əlavə, namizəd mükəmməl yazı bacarıqlarına və layihə əməliyyatlarını təmin etmək üçün minimal texniki biliklərə sahib olmalıdır.


·      Əməliyyat prosesinin effektiv idarəolunması məqsədilə layihə meneceri, texniki komanda və maraqlı tərəflərlə effektiv kommunikasiyanın təşkil olunması;

·      Görüşlərin planlaşdırılması, gündəliyin hazırlanması və protokolların sənədləşdirilməsi daxil olmaqla, layihə fəaliyyətlərinin əlaqələndirilməsinə dəstək verilməsi;

·      Layihə planları, status hesabatları və istifadəçi təlimatları daxil olmaqla, layihə sənədlərinin işlənib hazırlanmasına və saxlanmasına köməklik göstərilməsi;

·      Əməliyyat prosesinin gedişatına nəzarət etmək və potensial problem və ya riskləri müəyyənləşdirmək, həlli üçün müvafiq maraqlı tərəflərə çatdırılması və tədbirlərin görülməsi;

·     Maraqlı tərəflərdən gələn problemlərə bağlı sorğuların vaxtında həll edilməsi və texniki qruplarla sıx əməkdaşlıq edilməsi;

·      Layihə meneceri tərəfindən tapşırıqların vaxtında icrasının təmin edilməsi;

·      Tapşırıqların icrasının planlaşdırılması və prioritetlərinin müəyyənləşdirilməsi;

·      Görülən işlərin statusu barədə layihə menecerinə mütəmadi məlumatların və hesabatların təqdim edilməsi.

 

Tələblər

·       Ali təhsil;

·       Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarıqları (ingilis dili arzuolunandır); 

·       Layihə idarəetmə alətləri və digər sistemlərlə işləmə bacarığı (Jira, Ms Office, ESD və s.); 

·       Servis inteqrasiyalarına dair təməl texniki biliklər; 

·       Komandada işləmək bacarığı,çeviklik və məsuliyyətlilik; 

·       İlkin İT və “Service management” biliklərinin olması arzuolunandır;

·      Rəqəmsal məhsulların əməliyyat prosesinə dəstəyin verilməsi və ya oxşar sahədə iş təcrübəsi.

Vakansiya haqqında

Son tarix

iyun 3, 2024

Paylaşılıb

aprel 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri