İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Monitorinq və Hesabatlılıq üzrə Aparıcı mütəxəssis

Monitorinq və Hesabatlılıq üzrə Aparıcı mütəxəssis

02-07-2025

482

Təsvir

  • Strateji Yol Xəritələrinin, Dövlət Proqramlarının, fərman və sərəncamlar üzrə Agentliyə həvalə edilmiş tapşırıqların monitorinq və qiymətləndirməsi ilə bağlı dövri hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsində iştirak etmək;
  •  Hesabatların müvafiq məlumat bazasını mütəmadi yeniləmək;
  • Hesabatların hazırlanması üçün müvafiq sorğuların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Təqdim edilmiş sorğular əsasında Agentliyin struktur bölmələrindən daxil olmuş məlumatları təhlil etmək, Azərbaydan dilinin orfoqrafik, leksik və qrammatik qaydalarına uyğunlaşdırmaq;
  • Aylıq, rüblük və illik əsasda Agentlikdə görülmüş işlərə dair hesabatların hazırlanması və struktur bölmə rəhbərinə təqdim edilməsində iştirak etmək;
  • Dövlət qurumlarına təqdim edilməli olan digər (dövri olmayan) hesabatların hazırlanmasında iştirak etmək;
  • Agentliyin struktur bölmələrindən və dövlət qurumlarından aidiyyəti üzrə daxil olmuş digər sorğuların koordinasiyası və cavablandırılmasında iştirak etmək;
  • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatları hazırlayaraq şöbə rəhbərinə təqdim etmək;
  • Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq təkliflər vermək;
  • Şöbə müdirinin verdiyi digər aidiyyəti tapşırıqları icra etmək.

Tələblər

  • Dövlət qurumlarında strateji planlama və təhlil, layihələrin idarəedilməsi, analitik və ya informativ hesabatlılıq üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (Biznesin idarəedilməsi, Strateji idarəetmə, və digər aidiyyəti sahələr üzrə);
  • Azərbaycan dilinin qrammatik və leksik cəhətdən mükəmməl bilməsi mütləqdir;
  • MS Office proqramları ilə (Word, Excel və PowerPoint) yüksək səviyyədə işləmək bacarığı,
  • Təşəbbüskarlıq və güclü analitik bacarıqlar;
  • İngilis dili və rus dili biliyinin olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

August 11, 2025

Paylaşılıb

iyul 2, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə