İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal idarəetmə və komplayns üzrə baş mütəxəssis

Rəqəmsal idarəetmə və komplayns üzrə baş mütəxəssis

Dünən

427

Təsvir

  • Dövlət qurumları tərəfindən təqdim edilən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmə
  • Təşkil edilən elektron xidmətlərin göstərilməsi metodlarının inkişafı və müasir trendlərə uyğunluğu, təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Elektron xidmətlərin qiymətləndirilməsi proseslərinin həyata keçirilməsi;
  • Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi;
  • "Rəqəmsal İnkişaf Konsepsiyası" çərçivəsində sistemlərin analiz (diaqnostikası) edilməsi;
  • Qiymətləndirmə və diaqnostika nəticələrinə dair hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qiymətləndirmə və diaqnostika nəticələri üzrə tövsiyələrin hazırlanması;
  • Qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə dəstək edilməsi;
  • Daxil olan yeni layihələrin (elektron xidmət, informasiya ehtiyat və sistemləri üçün) uyğunluğunun normativ aktlar çərçivəsində təmin edilməsi;
  • Dövlət qurumları tərəfindən təşkil edilən və göstərilən elektron xidmətlərin “Vahid Reyestr”ə qeydiyyatını təmin edilməsi;
  • Dövlət qurumları tərəfindən formalaşdırılmış informasiya ehtiyatlarının və sistemlərinin “Vahid Reyestr”ə qeydiyyatının təmin edilməsi;
  • Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğunun müəyyən edilməsi;
  • Rüblük illik hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil;
  • Elektron xidmətlərin qiymətləndirilməsi sahəsi üzrə ən az 3 (üç) il iş stajı;
  • İnformasiya texnologiyaları, kompüter informasiya sistemləri və ya oxşar sahələrdə ixtisaslaşma;
  • Texniki səviyyədə ingilis dili biliyi;
  • CIA, ISO 27001, COBIT, ITIL və ya ekvivalenti üzrə sertifikatlar;
  • microsoft Office bacarıqları;
  • Dövlət idarəçiliyində rəqəmsal xidmətlər və informasiya sistemləri üzrə normativ-hüquqi aktlarla işləmə və rəy hazırlama bacarığı;
  • İnformasiya sistemləri üzrə əsas texniki biliklər (web əsasları, API/inteqrasiya, məlumat bazası anlayışları, rol və icazələr, loqlama);
  • Analitik düşünmə və təqdim edilən sənədlərin (texniki təsvir, konsept, TŞ, proses sxemi və s.) məntiqi təhlili bacarığı;
  • Elektron xidmətlərin təşkili, göstərilməsi, Elektron Hökumət/EHİS və dövlət reyestrləri üzrə ümumi anlayış;
  • Problem həll etmək,təşkilatçılıq, qərarvermə, ünsiyyət qabiliyyəti;
  • Analitik düşünmə və sənədləşdirmə bacarığı;
  • Layihə və vaxt idarəetməsi bacarığı;
  • Texniki hüquqi sənədlərin analiz etmə bacarığı;
  • Qiymətləndirmə/diaqnostika və məqsədəuyğunluq rəyi hazırlama bacarığı;
  • İT idarəetmə çərçivələrinin (COBIT kimi) və risklərin idarə edilməsi prinsiplərinin başa düşülməsi;
  • İT idarəetmənin dizayn və effektivliyinin və tənzimləyici tələblər və uyğunluq “framework”ləri (məsələn: GDPR,SOX, PCI, DSS, HIPAA və s.) ilə tanışlıq və bu standartlara uyğunluğun qiymətləndirilməsi bacarığı;
  • ISO 27001 kimi təhlükəsizlik “framework”ləri ilə tanışlıq;
  • Layihələrin idarəedilməsi üzrə mövcud olan “framework”ləri və metodologiyaları (məsələn Agile, Waterfall) başa düşmək.

Vakansiya haqqında

Son tarix

February 16, 2026

Paylaşılıb

yanvar 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik