İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis (Helpdesk)

Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis (Helpdesk)

Bu gün

26

Təsvir

• Qurum əməkdaşlarından telefon, e-poçt, ITSM platforması və self-service portal vasitəsilə daxil olan insident və xidmət sorğularının qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;

• Birinci səviyyədə (L1) həll olunmayan insidentlər üzrə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi və təyin olunmuş sorğuların SLA müddətləri çərçivəsində həll edilib bağlanması;

• Həll edilməyən insidentlərin prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;

• Fərdi kompüterlərin, printerlərin, skanerlərin və digər ofis avadanlıqlarının, əməliyyat sistemlərinin, drayverlərin və proqram təminatının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi;

• Avadanlıq nasazlıqlarının yerində diaqnostikası və bərpası, zəmanət və ya servis müqaviləsi çərçivəsində təmirlər üzrə servis təşkilatları ilə koordinasiya;

• Yeni iş yerlərinin hazırlanması, mövcud iş yerlərinin köçürülməsi və planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;

• Lokal şəbəkə və internet bağlantısı problemlərinin ilkin diaqnostikası (IP konfiqurasiyası, DNS, DHCP) və zərurət olduqda aidiyyəti şöbəyə ötürülməsi, VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə dəstək;

• İstifadəçi hesablarının (Active Directory, MFA) yaradılması, idarə edilməsi və işdən çıxan əməkdaşların hesablarının bağlanması, təsdiq edilmiş müraciət əsasında hüquqların verilməsi/geri alınması;

• Məlumat təhlükəsizliyi siyasətlərinə riayət edilməsi və aşkar olunan pozuntular barədə aidiyyəti struktur bölməsinə məlumat verilməsi;

• Ofis avadanlıqlarının inventarlaşmasında iştirak, CMDB və ya ITAM sistemində məlumatların daxil edilməsi və yenilənməsi, avadanlıq və hissələrin akt əsasında anbara təhvil-təslimi;

• Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;

• Həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi, texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;

• Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;

• Təkrarlanan insidentlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;

• Yeni əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi, əməkdaşlara ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;

• Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • İnformasiya texnologiyaları və ya texniki ixtisas üzrə ali təhsil;
  • İT texniki dəstək sahəsində minimum 2 il iş təcrübəsi;
  • Windows və Linix əməliyyat sistemləri üzrə bilik;
  • Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə təcrübə;
  • ITSM alətləri (Jira, ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;
  • Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması, diaqnostikası və təmiri üzrə praktiki bilik;
  • VPN və uzaqdan giriş texnologiyaları üzrə praktiki bilik;
  • Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);
  • ITIL 4/ITIL 5 sertifikatı və ya müvafiq bilik (üstünlük);
  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);
  • İstifadəçilərlə effektiv ünsiyyət, analitik düşüncə və problem həll etmə bacarığı;
  • Texniki sənədləşmə və hesabat hazırlama bacarığı.

Vakansiya haqqında

Son tarix

November 5, 2026

Paylaşılıb

oktyabr 6, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Orta səviyyəli

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik