İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

SƏTƏM üzrə mütəxəssis

04-09-2025

451

Təsvir

  • İş yerlərində peşə sağlamlığı, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi üzrə yoxlamaların aparılması, çatışmazlıq və uyğunsuzluqların aşkar edilməsi;
  • Aşkar edilmiş çatışmazlıqların və uyğunsuzluqların əsasında fəaliyyət planının hazırlanması və görüləcək tədbirlərin müəyyən edilməsi;
  • Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə sənədləşmə işlərinin görülməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əmr nümunələrinin hazırlanması və İnsan Kapitalı üzrə əməliyyatlar şöbəsinə təqdim edilməsi;
  • SƏTƏM üzrə siyasət sənədinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ümumi təlimatların (giriş, ilk tibbi yardım, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi) hazırlanması;
  • İşçilərə, təcrübəçilərə, Agentliyə gələn ziyarətçilərə və Agentliyin ərazisində işləyən podratçı şirkətlərin nümayəndələrinə SƏTƏM üzrə giriş təlimatının keçirilməsi;
  • İş yerlərində yaşana biləcək bədbəxt hadisələrin ehtimalını minimuma endirmək üçün  görülən işlərə SƏTƏM üzrə nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Bədbəxt hadisələrin – iş qəzalarının və peşə xəstəliklərinin araşdırılması, onların uçotu və qeydiyyatının aparılması;
  • İş yerlərinin ilk tibbi yardım çantaları ilə təmin olunmasının təşkili və işçilərə onların içərisindəki ləvazimatlardan istifadə qaydalarının izah edilməsi;
  • İş yerlərində təxliyə planlarının tərtib edilməsi və yenilənməsi prosesində iştirak;
  • İş yerlərində mövcud olan yanğınsöndürmə vasitələrinin – yanğın şlanqları, hidrantları və balonlarının istifadəyə yararlılığının yoxlanılması prosesində iştirak;
  • İş yerlərində işçilərin fövqəladə hallara hazırlığı məqsədilə yanğın məşqlərinin keçirilməsi;
  • İşçilərə alınan xüsusi işçi geyimlərinin və Fərdi Mühafizə Vasitələrinin (FMV) tələblərə uyğunluğunun yoxlanılması və düzgün şəraitdə saxlanılmasına nəzarət edilməsi;
  • İşçilərin iş avadanlıqları və iş alətləri ilə işləyərkən əməyin təhlükəsizliyi və iş zamanı yarana biləcək yanğın təhlükəsizliyi tədbirlərinin tətbiq edilməsi;
  • Agentliyə elektron sənəd dövriyyəsi vasitəsilə və xidməti məktub şəklində SƏTƏM ilə bağlı daxil olan müraciətləri - ərizə, təklif və şikayətləri araşdırılması və cavablandırılması.

Tələblər

  • Ali təhsil;
  • SƏTƏM sahəsində 1 ildən 3 ilədək iş təcrübəsi;
  • SƏTƏM üzrə hər hansı bir sertifikatın olması;
  • SƏTƏM üzrə təlimçilik qabiliyyəti;
  • SƏTƏM üzrə sənədləşmənin aparılması bacarığı;
  • İş yerlərində SƏTƏM üzrə dövri yoxlamaların aparılması bacarığı;
  • Yanğın-təxliyə məşqlərinin təşkili qabiliyyəti;
  • SƏTƏM ilə bağlı rəsmi-işgüzar üslubda yazışma və daxil olan rəsmi müraciətlərin xidməti məktublarla cavablandırılması bacarığı.

Vakansiya haqqında

Son tarix

October 14, 2025

Paylaşılıb

sentyabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Logistika və nəqliyyat