İRİA və dövlət qurumları üçün ortaq AI xidmətləri üzrə mürəkkəb həlləri təsdiqlənmiş arxitektura əsasında hazırlamaq, mühəndislik icrasına texniki liderlik etmək və həllərin təhlükəsiz, miqyaslana bilən şəkildə istehsal mühitinə çıxarılmasını təmin etmək.
- Müəyyən edilmiş arxitektura və standartlar əsasında texniki icranı aparmaq, komponent dizaynını hazırlamaq.
- AI/ML, LLM, RAG və agentik AI həllərini praktiki olaraq inkişaf etdirmək; model seçimi, fine-tuning və inference yanaşmalarını keyfiyyət, xərc və performans əsasında müqayisə etmək.
- İRİA-nın daxili prosesləri və mətn/səs əsaslı köməkçilər, çoxagentli iş axınları və təhlükəsiz tool/API inteqrasiyaları qurmaq.
- Dövlət məlumat hövzəsi və korporativ sistemlərlə inteqrasiyanı, AI Gateway, LLM-as-a-Service və təkrar istifadə edilə bilən agent komponentlərinin texniki inkişafını dəstəkləmək.
- On-prem və hibrid AI yerləşdirmələrini təsdiqlənmiş dizayna uyğun həyata keçirmək; GPU resursları, model serving, inference performansı və miqyaslanmanı optimallaşdırmaq.
- Razılaşdırılmış MLOps/LLMOps standartlarına uyğun test, buraxılış, versiyalaşdırma, monitorinq və geri qaytarma mexanizmlərini qurmaq.
- Qiymətləndirmə meyarları və test dəstləri hazırlamaq; cavab keyfiyyəti, gecikmə, etibarlılıq və xərc göstəricilərini izləmək.