İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Süni İntellekt üzrə rəhbər (Head of AI)

Süni İntellekt üzrə rəhbər (Head of AI)

Bu gün

295

Təsvir

Əsas vəzifə öhdəlikləri

  • Dövlətin AI strategiyasına və təşkilati prioritetlərə uyğun İRİA-nın AI vizyonunu, strategiyasını və inkişaf yol xəritəsini hazırlamaq və icrasına rəhbərlik etmək.
  • AI təşəbbüsləri, məhsulları və texnoloji həllər üzrə vahid portfel formalaşdırmaq, layihələri biznes dəyəri, texniki imkanlar, risklər və resurs ehtiyaclarına əsasən prioritetləşdirmək.
  • AI Center of Excellence (AI CoE) strukturunu və iş modelini qurmaq, AI/ML mühəndisliyi, arxitektura, MLOps/LLMOps və məhsul idarəetməsi üzrə komandanın formalaşdırılmasını və inkişafını təmin etmək.
  • AI layihələri üzrə büdcə, resurs və nəticə göstəricilərini müəyyən etmək, icra prosesinə və əldə olunan nəticələrə nəzarət etmək.
  • İRİA-nın daxili proseslərində avtomatlaşdırma imkanlarını müəyyən etmək, sənəd emalı, məlumat axtarışı, hesabatların hazırlanması, müraciətlərin təsnifatı və digər əməliyyatlar üzrə AI həllərinin tətbiqinə rəhbərlik etmək.
  • AI köməkçiləri və agentlərinin daxili sistemlərə inteqrasiyasını təmin edərək əməkdaşların məhsuldarlığını və iş proseslərinin səmərəliliyini artırmaq.
  • MyGov platformasında vətəndaş müraciətlərinin cavablandırılması, xidmətlərə yönləndirilməsi, formaların doldurulması və əməliyyatların tamamlanmasını dəstəkləyən AI həllərinin hazırlanmasını idarə etmək.
  • MyGov üçün mətn və səs əsaslı AI köməkçilərinin inkişafını, Azərbaycan dilində cavablandırma, nitqin tanınması və səsləndirilməsi keyfiyyətini təmin etmək.
  • Milli Məlumat Hövzəsi (MMH) ilə inteqrasiya olunan ortaq AI platformalarının və dövlət qurumları üçün GPU-as-a-Service, LLM-as-a-Service kimi xidmətlərin yaradılmasına rəhbərlik etmək.
  • AI Gateway, model kataloqu, API-lər, təhlükəsiz məlumat axtarışı və təkrar istifadə edilə bilən AI komponentlərinin inkişafını təmin etmək, dövlət qurumlarının platformalara inteqrasiyasını və texniki dəstəyini koordinasiya etmək.
  • AI həllərinin texniki arxitekturasını, model və texnologiya seçimini, korporativ sistemlərlə inteqrasiyasını və infrastruktur ehtiyaclarını müəyyən etmək.
  • Generative AI, LLM, RAG, fine-tuning və agentik AI texnologiyalarının tətbiqini, modellərin qiymətləndirilməsi, optimallaşdırılması və davamlı inkişafını idarə etmək.
  • On-prem və hibrid AI infrastrukturu, GPU resursları, MLOps/LLMOps prosesləri, modellərin monitorinqi və təhlükəsiz istismarını təmin etmək.
  • Data Governance, hüquq və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək AI governance siyasətlərini, istifadə standartlarını və risklərin idarə edilməsi mexanizmlərini formalaşdırmaq.
  • Məlumat məxfiliyi, model təhlükəsizliyi, qərəz, hallüsinasiya və məlumat sızması risklərinin qiymətləndirilməsini, AI həllərində insan nəzarəti və keyfiyyət mexanizmlərinin tətbiqini təmin etmək.
  • Dövlət qurumları, texnologiya vendorları və digər tərəfdaşlarla əməkdaşlığı, bilik transferini və ortaq AI həllərinin tətbiqini koordinasiya etmək.


Tələblər

  • Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil; magistr dərəcəsi üstünlükdür.
  • AI/ML, data və ya texnologiya məhsullarının inkişafı üzrə minimum 5-7 il, komanda və ya funksiya rəhbərliyi üzrə minimum 3 il təcrübə.
  • Bir neçə biznes funksiyası, dövlət qurumları və texnologiya vendorları ilə paralel layihələrin idarə edilməsi təcrübəsi.
  • AI/ML, Generative AI, LLM, RAG və agentik AI arxitekturaları üzrə dərin bilik.
  • Python, API inteqrasiyaları, korporativ sistemlər və data platformaları ilə iş təcrübəsi.
  • Model seçimi, fine-tuning, qiymətləndirmə və optimallaşdırma üzrə praktiki anlayış.
  • On-prem/private cloud, GPU infrastrukturu və MLOps/LLMOps üzrə bilik.
  • NLP, STT/TTS, AI governance, məlumat məxfiliyi və informasiya təhlükəsizliyi üzrə biliklər.
  • AI məhsullarının yol xəritəsi, biznes əsaslandırması, TCO və nəticə göstəricilərini formalaşdırmaq bacarığı.
  • Strateji düşünmə, qərarvermə və prioritetləri müəyyən etmək bacarığı.
  • Texniki komandaları qurmaq, idarə etmək və inkişaf etdirmək bacarığı..
  • Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət bacarığı.


Vakansiya haqqında

Son tarix

December 13, 2026

Paylaşılıb

noyabr 13, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik