BOKT "İDEAL KREDİT" MMC
Ana səhifə
/
/
/
İnsan resursları şöbəsinin rəhbəri

İnsan resursları şöbəsinin rəhbəri

Bu gün

Təsvir

  • Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;
  • Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
  • İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
  • Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;
  • İllik və aylıq İR büdcəsinin hazırlanması, icrasına və xərclərə nəzarət edilməsi;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;
  • Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
  • Əməkhaqqı, bonus, mükafatlandırma və digər motivasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üçün KPI və OKR sistemlərinin qurulması, tətbiqi və nəticələrinin təhlil edilməsi;
  • Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;
  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;
  • İstedadların idarə olunması, karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;
  • Korporativ mədəniyyətin inkişaf etdirilməsi, əməkdaş bağlılığı və motivasiya proqramlarının həyata keçirilməsi;
  • Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
  • Daxili kommunikasiya və işəgötürən brendinin inkişaf etdirilməsi üzrə tədbirlərin təşkilində iştirak;
  • Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Əmək münasibətləri üzrə mübahisələrin, şikayətlərin və münaqişələrin araşdırılması və qanunvericiliyə uyğun həllinin təmin edilməsi;
  • İR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
  • İR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
  • İR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.


Tələblər

  • İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər və ya komanda lideri vəzifəsində;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;
  • Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
  • İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
  • İR analitikası və hesabatların hazırlanması bacarığı;
  • Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
  • Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;
  • Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;
  • Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;
  • HR üzrə beynəlxalq və ya yerli sertifikatların mövcudluğu.

Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı
  • Korporativ Mühit