BOKT "İDEAL KREDİT" MMC
Ana səhifə
/
/
/
Maliyyə-mühasibatlıq şöbəsinin rəhbəri

Maliyyə-mühasibatlıq şöbəsinin rəhbəri

Bu gün

8

Təsvir

·        BOKT-nin strateji hədəflərinə uyğun olaraq maliyyə strategiyasının hazırlanması, icrası və optimallaşdırılması;

·        Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun olaraq əsas maliyyə hesabatlarının (P&L, Balans, Cash Flow) hazırlanması və analizi;

·        Təşkilatın illik, rüblük və aylıq büdcələrinin (Master Budget) qurulması, xərclərə nəzarət və büdcədən kənarlaşmaların təhlili;

·        Nağd pul hərəkətinin planlaşdırılması, likvidlik risklərinin və pul çatışmazlığının (Cash gap) qabaqcadan idarə edilməsi;

·        Təşkilatın maliyyə və kredit portfeli risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin görülməsi;

·        Azərbaycan Respublikasının Vergi, Əmək və Mülki qanunvericiliyinin tələblərinə, həmçinin daxili audit qaydalarına riayət olunmasının təmin edilməsi;

·        Maliyyə göstəriciləri, gəlirlilik analizi (KPI, ROE, ROA, EBITDA) və gələcək biznes ssenariləri üzrə maliyyə modellərinin qurulması;

·        Daxili və xarici audit proseslərinin idarə edilməsi, kənar auditorlar və requlyatorlarla (Mərkəzi Bank və s.) işin təşkili;

·        Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;

·        Təşkilatın daxili qaydalarına, korporativ standartlarına riayət olunması və rəhbərliyin digər tapşırıqlarının icrası.

Tələblər

·        Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə);

·        Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;

·        Bank, BOKT və ya digər maliyyə institutlarında rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;

·        Strateji düşünmə, yüksək analitik təhlil, liderlik və komanda idarəetmə bacarığı;

·        Stressə davamlılıq, yüksək məsuliyyət və hesabatları rəhbərliyə düzgün təqdim etmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

August 14, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı
  • Korporativ Mühit