BOKT "İDEAL KREDİT" MMC
Ana səhifə
/
/
/
Marketinq və satışa dəstək şöbəsinin rəhbəri

Marketinq və satışa dəstək şöbəsinin rəhbəri

Bu gün

13

Təsvir

  • BOKT-nin strateji hədəflərinə uyğun marketinq və satış strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi;
  • BOKT-nin bazarda tanınmasının artırılması, brend imicinin gücləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;
  • Kredit və digər maliyyə məhsullarının tanıdılması, satış həcminin artırılması və yeni müştərilərin cəlb olunması üçün marketinq kampaniyalarının hazırlanması və idarə olunması;
  • Filiallar üzrə satış göstəricilərinin təhlili, satışların artırılmasına yönəlmiş təkliflərin hazırlanması və tətbiqi;
  • Şirkətin məhsul və xidmətlərinin bazarda mövqeyinin gücləndirilməsi üçün bazar araşdırmalarının aparılması və əməli təkliflərin hazırlanması;
  • Müxtəlif təşkilatlar, ticarət obyektləri və biznes subyektləri ilə əməkdaşlıqların qurulması, yeni satış kanallarının yaradılması və inkişaf etdirilməsi;
  • Qısa və uzunmetrajlı reklam çarxlarının, təqdimat videolarının və digər marketinq materiallarının hazırlanması, çəkiliş prosesinin təşkili və nəzarəti;
  • Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması, inkişaf etdirilməsi və effektivliyinin artırılması;
  • Sosial media və rəqəmsal marketinq kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;
  • Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirinin qiymətləndirilməsi və investisiya effektivliyinin təmin edilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması, idarə olunması və optimallaşdırılması;
  • Marketinq fəaliyyəti, satış göstəriciləri və bazar trendləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;
  • Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və korporativ standartlarına riayət olunmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.


Tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Marketinq və ya satışın idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
  • Maliyyə, bank və ya BOKT sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Marketinq, satış və biznes inkişafı sahəsində strateji düşünmə qabiliyyəti;
  • Güclü liderlik, komanda idarəetməsi, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Sosial media idarəçiliyi və rəqəmsal marketinq alətləri üzrə biliklərə üstünlük verilir;
  • Stressə davamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq.

Vakansiya haqqında

Son tarix

July 24, 2026

Paylaşılıb

iyun 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

İmtiyazlar

  • Korporativ Mühit
  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı